Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha bir baş redaktor döyüldü -Rəisi söydüyünə görə

 

1491805926_asifff

“Regionun səsi” qəzetinin baş redaktoru Ağasəf Həsənov ölümcül döyülüb.

Yenixeber.org:  Hadisə bu gün Cəlilabad rayonundakı yeməkxanalardan birində baş verib. Başında ağır xəsarət alan A.Həsənov qan içərisində xəstəxanaya yerləşdirilib.

A.Həsənov iddia edir ki, onu rayon polis şöbəsinin istintaq bölməsinin rəisi Eldar Məmmədov döyüb. Lakin polis onun iddasını təsdiq etmədi.

Cəlilabad rayion Polis Şöbəsinin rəis müavini Eldar Səfərov Criminal.az saytına açıqlamasında bildirdi ki, A.Həsənovu Rizvan Məmmədov adlı şəxs yaralayıb. O, kafedə butulkanı A.Həsənovun başına vurub. Şöbə rəisinin sözlərinə görə, E.Məmmədov hadisə vaxtı orda olmayıb.

Criminal.az-ın əldə etdiyi məlumata görə, hadisədən əvvəl R.Məmmədov, A.Həsənov və E.Məmmədov hadisə baş verən kafedə görüşüblər. Sonradan isə E.Məmmədov kafeni tərk edib. Bundan sonra A.Həsənov bölmə rəisinin ünvanına xoşagəlməz sözlər işlədib. Bu zaman R.Məmmədov butulkanı götürərək A.Həsənovun başına zərbə endirib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Məlumat üçün bildirək ki, ”Regionun səsi” qəzeti Mətbuat Şurasının ”reket nəşrlər” üçün tərtib etdiyi ”qara siyahı”ya salınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam