Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Baş redaktoru kirvəsi döyüb?! –EKSKULİZİV

   

  

 

   Olayla bağlı bütün tərəflər susur

Yenixeber.org: Dünən Cəlilabad şəhərindəki “KRAL” İstirahət Mərkəzində baş verən qanlı olayla bağlı müəmmalar davam etməkdədir. Diqqət çəkən odur ki, təkcə aidiyyatı dövlət qurumları deyil, hətta İstirahət Mərkəzinin rəhbərliyi də susmaqda israrlıdırlar. Olayla bağlı yenixeber.org-un əməkdaşı yeni məlumatlar əldə etməyə çalışıb.

Belə ki, bu gün səhər saatlarından etibarən cəhd etsək də, - vəhşicəsinə döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alan AYB üzvü, “REGİON SƏS” qəzetinin baş redaktoru Asif Həsənli ilə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz oldu. Təəssüf ki, baş redaktorun İcra Hakimiyyətində işləyən oğlu Münasib Həsənovun mobil telefonu da zənglərə cavab vermirdi(?)   

Cəlilabad rayon polis şöbəsinin rəis müavininin verdiyi məlumata görə baş vermiş qanlı olayın iştirakçılarından biri kimi adı hallanan istintaq bölməsinin rəisi Eldar Məmmədov ümumiyyətlə hadisə yerində olmamışdır.

Rəis müavininin dediyinə görə Asif Həsənli hadisədən sonra DİN-in 102 xidmətinə zəng edərək Cəlilabad şəhər sakini, oğlunun kirvəsi olan Rizvan Məmmədov tərəfindən döyüldüyünü bildirmişdir.

Deyilənlərə görə baş redaktorla istintaq bölməsinin rəisi arasında bu vaxta qədər heç bir narazılıq və ziddiyyət olmamış, əksinə bir-birlərinə qarşılıqlı hörmət bəsləmişlər.

Döyülən baş redaktorun hal-hazırda Bakı şəhərində olduğu və baş vermiş hadisənin respublika hüquq-mühafizə orqanlarının rəhbərliyi tərəfindən nəzarətə götürüldüyü barədə də məlumatlar var.

İnformasiya şöbəsi. 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam