Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Exchange”lər yenidən bərpa olunur

dollar_exchange_290114

2015-ci ildə baş verən devalvasiyadan dərhal sonra ləğv olunan “Exchange”lər yenidən bərpa olunacaq.

Xeberinfo.com:  Məlumata görə, bununla bağlı Mərkəzi Bank və hökumət təkliflər üzərində işləyir. Tezliklə Azərbaycanda Türkiyə “döviz bürosu təcrübəsi”nin tətbiq edilməsi gözlənilir.

Məsələ ilə bağlı Azərbaycanda Risk Peşəkarları Assosasiyasının risk peşəkarları qrupunun rəhbəri Elman Sadiqov fins.az-a münasibət bildirib. Onun sözlərinə görə, “exchange”lərin ləğvi devalvasiyadan sonra Azərbyacandan külli miqdarda valyuta axınının baş verməsi ilə bağlı idi.

Hökumət valyuta axınını saxlamaq üçün əvvəlcə dollar satışında önə keçən “exchange”ləri bağlamaq məcburiyyətində qaldı. Hazırda ölkədə bank şöbələrinə “exchange” fəaliyyəti göstərmək hüququ verilib. Lakin bu şöbələrin hamısı həftənin 7 günü 24 saat ərzində işləmədiyindən mübadilə əməliyyatları ilə bağlı problemlər yaranır. Xüsusilə də bundan Azərbaycana gələn turistlər əziyyət çəkir.

Ekspert əlavə edib ki, digər tərəfdən “exchange”lərin ləğv edilməsi qeyri-leqal “qara bazarı” formalaşdırdı və müəyyən dövrlərdə bu bazar monetar siyasətin formalaşmasına, həyata keçirilməsinə böyük maneələr törətdi.
“Exchange” nə zaman fəaliyyətinə başlamasına gəlincə, E.Sadiqov bunun mövcud vəziyyətə bağlı olduğunu deyib: “Dünyanın hər yerində “Exchange”lər fəaliyyət göstərir. Azərbaycanda da mütləq olacaqdır. Yeganə amil vaxt məsələsidir. “Exchange”lərin fəaliyyətlərinin bərpa edilməsi valyuta bazarında stabilliyin yaranması və manatın dollar qarşısında öz real dəyərini tapmasından asılıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam