Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyanın "Vaqner" qrupuna qarşı sanksiya tətbiq edildi- Avropa İttifaqı tərəfindən

Avropa İttifaqı Rusiyanın Vaqner qrupuna qarşı sanksiya tətbiq edib

       Avropa İttifaqı Rusiyanın “Vaqner” xüsusi hərbi şirkətinə qarşı sanksiya tətbiq edib.

Yenixeber.org: Bu barədə qurumun Brüsseldə yerləşən mənzil qərargahındakı mənbələr bildirib.

Məlumata görə, qərar ittifaqın xarici işlər nazirlərinin Brüsüldə keçirilən iclasında qəbul olunub. Nazirlər məsələni müzakirə etməyə belə ehtiyac görməyiblər.

Bildirilib ki, sanksiya “Vaqner”lə əlaqəsi olan 4 hüquqi və 8 fiziki şəxsi əhatə edir: “Malidə demokratikləşmə mərhələsinə keçidə mane olduğu üçün bu qrupa sanksiyanın tətbiq edilməsi barədə qərar qəbul olunub”.

Qeyd edək ki, “Vaqner” Qrupu, yaxud "Vaqner" ÖHŞ (Özəl Hərbi Şirkət) Sankt-Peterburqdan olan iş adamı Yevgeni Priqojin ilə əlaqəli qeyri-rəsmi silahlı birləşmədir. Qrupa daxil olan muzdlularının Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve, Mərkəzi Afrika Respublikası (MAR), Mali də daxil olmaqla bir sıra Afrika ölkələrində təhlükəsizlik xidmətləri göstərdikləri iddia olunur.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam