Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bayden Trampın bu fərmanlarını ləğv edib

 

 

ABŞ ÜST-yə qayıtdı, Meksika ilə aradakı divar tikintisi dayandı, Yaxın Şərq ölkələrinin vətəndaşlarına icazə verildi

Yenixeber.org: Yanvarın 20-də andiçmə mərasimi keçirilən ABŞ Prezidenti Co Baydenin ilk işi sabiq Prezident Donald Trampın bir neçə fərmanını ləğv etmək olub. Xarici medianın yaydığı məlumata görə, Bayden ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) qayıtması haqqında fərman imzalayıb.

 

Qeyd edək ki, ABŞ ÜST-dən ötən ilin yayında çıxmışdı. Tramp təşkilatı islahatlar aparmamaqda, pandemiyanın gedişində düzgün hərəkət etməməkdə təqsirləndirirdi.

 

Bundan başqa, Bayden ABŞ-ı Paris iqlim sazişinə qaytarıb və Meksika ilə sərhədə divar çəkilməsini dayandırıb. Divarın bir hissəsi tikilib, yeni Prezident tikiləni sökmək niyyətində olmadığına işarə edib.

 

Yeni Prezident, həmçinin Tramp dönəmində Yaxın Şərqin bir neçə ölkəsinin sakinlərinin ABŞ-a girişinə qoyulan məhdudiyyətlərin ləğv edilməsi barədə fərman imzalayıb. Söhbət İran, Liviya, Suriya, Yəmən, Somali vətəndaşlarından, habelə Venesuela məmurlarından gedir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam