Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanlı şairədən biabırçı kitab- "Əlləyirsən məni, molla" - FOTOFAKT

 

 Son illər özünü şair adlandıran şəxslərin il ərzində çap etdikləri külli miqdarda kitablar dəfələrlə sosial şəbəkələrdə və mediada müzakirə mövzusu olub. 

 

Yenixeber.org: Sovet dönəmində bu sahədə ciddi senzura olduğundan mətnləri ədəbi standartlara cavab verməyən yazarların kitabları nəşr edilmirdi. Ölkəmiz müstəqillik qazandıqdan sonra demokratik prinsiplər hər kəsə kitab nəşr etdirə bilmək azadlığı verib. Təəssüf ki, bu azadlıqdan sui-istifadə edən şəxslər də az deyil.

 Ziba Hüseynova adlı şəxsin nəşr etdiyi "Muğam mənim həyatımdır" adlı şeirlər toplusunu ədəbiyyat adına biabırçılıq saymaq olar.

Kitabda vulqar ifadələr, ciddi orfoqrafik səhvlər biabırçı səviyyədədir. Şeirlərdə küçə sözləri, ədəbsiz ifadələr göz çıxarır. Oxuculardan üzr istəyərək, nümunə üçün kitabdan bir bənd paylaşırıq:

"Götürginən əllərini
bədənimdən sən ay molla.
Din adıyla oğraşlıqla
Məşğul olma, sən ay molla".

Ədəbsiz ifadələrlə yanaşı, şeilərdə orfoqrafik səhvlər də göz çıxarır. İngilis şriftləri ilə yazılan şeirlər sanki qaralama halındadır. Nə redaktor, nə korrektor bu mətnlərə gözücu olsa da, diqqət etməyib. Müəllif şeirlərdə hətta çat yazışmalarında olduğu kimi "ş" hərfinin əvəzinə "w"-dan istifadə edib.

Dua yazıb yalan yerə
Kimsə baxıb görər deyə
mənim çəkib sən təkliyə
əlləyirsən sən, ay molla.

Qeyd olunan kitab "Elm və Təhsil" nəşriyyatında nəşr edilib. Toplunun redaktoru Mais Təmkin, naşiri isə professor Nadir Məmmədlidir. Tezliklə nəşriyyatın biabırçı kitab haqqında fikirlərini təqdim edəcəyik. Müəllifin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam