“ELMİN TACI ALİMİN BAŞINDA OLAR”
“ELMİN TACI ALİMİN BAŞINDA OLAR”
Atalar sözü
Yenixeber.org: Bir də “Haqq nazilər üzülməz” demişlər.”Sayqacları muzeylərə göndərək” iqtisadi mövzuda yazımı 03 fevral 1970-ci il tarixdə Azərbaycan KP Tovuz Rayon Komitəsinin və Rayon ZDS-nin orqanı olan“HƏQİQƏT”qəzetində dərc etdirdikdən sonra Əlimərdanlı kəndini ömürlük tərg edəsi oldum.
23 noyabr 2004-cü il və 12 dekabr 2005-ci il tarixlərdə Respublika Prezidentinə müraciətlər yazdım, məsələmi AMAKA-da (keçmiş Azərbaycan Milli Aerokosmik Agentlyi) müzakirəyə qoydular. Nəhayət 2007-ci fevral ayının 2-də baş direktor –nöyüt alimi məni AMAKA-ya çağırtdırıb dodağını büzüb “mən sənə inanmürəm” deyərək fevral ayının 1-i tarixə işdən azad olmağıma ərizə yazdırıb vəzifəmdən azad etdilər.
26 dekabr 2017- il tarixdə “Cəmiyyətin süzgəci” adında yazımı “Xeberinfo. com” saytında dərc etdirdikdən sonra ən əziz dostum, fundamental-“xais” elmlər doktoru tərəfindən məsxərəyə məruz qalıb təhqir olundum.
Geniş həcmli bu siyasi-iqtisadi yazımdan əvvəl “Leninizm özünü doğrultmadı” adında yazım “Xeberinfo.com” saytında 28.03. 2016-cı il tarixdə dərc olunmuş və 7526 nəfər oxucu tərəfindən mütaliə olunmuşdu. Hər iki yazımda sosializm ictimai quruluşunu tənqid etmiş, zorakılıqla insan cəmiyyətinə sırındığını faktlarla sübut etmiş və məğlubiyyətinin səbəblərini bir-bir göstərmişəm. Dostum alimin yersiz xırda, para hərf səhvlərimə görə ,hökmlə danışmsını, ifadə tərzinin səviyyəsinə uyğun olmamasını və yersiz iradlarını ona xatırlatmaqla bir qədər geriyə qayıtmağı lazım bilirəm.
ASE kitab dükanlarında satıldıqca onları alır və mətbuatı da daim izləyirdim. “Cəmiyyətin süzgəci” yazımda 21 və 23 may 1998-ci il tarixli “AZƏRBAYCAN” mətbuat orqanında dərc olunan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi, tarix elmləri namizədi
Ataxan Paşayevin (aldığım məlumata görə indi O, tarix elmləri doktorudur)”AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN PARLAMENTİ” adlı geniş həcmli elmi çıxışından istifadə etmişəm (dost dediyim bu yazıya da ağzını büzdü). Həmin tarixi yazını bu gündə də kiçik kitabxanamda ASE-in 1-ci cildinə əlavə edib saxlayıram. Ona görə ki, Azərbaycan Xalq Cümhuriyyətini yaradanların fəaliyyətləri, o cümlədən Məhəmməd Əmin Rəsulzadənin şəxsiyyət olduğu orada öz əksini tapmışdı.
Bununla yanaşı Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqəli olan ədəbiyyatları da nəzərdən qaçırmırdım. Bakı –Elm-1990 il nəşriyyatı tərəfindən dərc edilən M.Ə. Rəsulzadənin “AZƏRBAYCAN CÜMHURİYYƏTİ” əsəri və fəlsəfə elmləri doktoru Yadigar Türkelin səyi və xərci ilə başa gələn Məhəmməd Əmin Rəsulzadənin “QAFQAZ TÜRKLƏRİ” (Bakı-Təknur-2012) əsəri də çıxışımda mənə əsaslı köməkliyi olmuşdur.
Alim dostum, telefonda mənə hirsli-hirsli deyirsən ki, AES-i bütünlüyü ilə su kimi iki dəfə içmisən. Əgər içmisənsə M.Ə. Rəsulzadə haqqında ASE-də ”milli burjuaziya ideoloqu...Ədəbi-tənqidi və publisistlik
məqalələrində pantürkist, panislamist ideyalar təbliğ etmiş, proletar inqilabına və beynəlmiləlçiliyinə qarşı çıxmışdır. Azərbaycanda fəhlə hərəkatına, Sovet Azərbaycanına qarşı düşməncilik ideyaları yaymış... antisovet fəaliyyət göstərmişdir” kimi ifadələri oxyub bir alim kimi öz etirazlarınızı bildirmişsinizmi?
Əziz dostum! Dəfələrlə eşitmişəm ki, Gəncədə M.Ə.Rəsulzadənin büstünə hörmətsizlik etmişlər. Bu kimi hərəkətlərə qarşı bir səviyyəli müxalifət üzvütək o vaxt öz münasibətinizi bildirmişsinizmi?
11.01.2018-cil tarixdə “Yenixeber.orq” xəbər verir: Prezident İ.Əliyev ötən gün 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili“ elan edib. Əlbətdə bu xoş xəbər Azərbaycanın şərəfli tarixinə adekvat Sərəncamdır. Prezidentin bu Sərəncamı Azərbaycan tarixində daim xatırlanacaqdır. Bəs Millət vəkilləri Cövhər Baxşəliyeva, Zahid Oruc və Musa Qasımlı kimiləri bu sahədə neyləyiblər? Bu kimilər... əvvəlcədən bu barədə təkliflərini vermək və düşünüb gərgin işləmək əvəzinə sonradan sonraya həmin Sərəncamın Azərbaycan xalqının şərəfli tarixinə şərəfli adekvat Sərancam olduğunu bildirib
təriflər deməklə öz vəzifə borclarını yerinə yetirmiş kimi bilərək ekranlarda özlərini reklam ediblər.
Hörmətli dostum! “Cəmiyyətin süzgəci” və “Unudulmaz şəxsiyyətlər silsiləsindən” siyasi çıxışlarıma iki ay vaxt sərf edib “Azərbaycan Xalq Cümhuriyyəti”nin yüz illiyi ilə əlaqər olaraq ona öz anladığım kimi bilgilərimi deməyə səy göstərmişəm.”Cəmiyyətin süzgəci” yazımda 10 nəfər şöhrətli şəxsləin adını çəkmişəm ki, bunların iki nəfərinin hər biri iki dəfə-fiziki zəhmət insanları Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşlərdir. Səkkiz nəfərinin hamısının adlarının axırda və əvvəldə çəkilməsidən asılı olmayaraq əvəzsiz, unudulmaz şəxsiyyətlərdir.Bu sıraya da irad tutdunuz. Həmin şəxsiyyətlər fəaliyyət göstərdikləri sahələrdə birinci yerdədirlər və tariximizin yaddaşına əbədi həkk olunublar.
O, şəxsə alim deyilir ki:- 1.Neftin dərinlik–biogen mənşəli, Məhsuldar qatın alt şöbəsində rast gələn qələvi suların dərinlik mənşəli olması nəzəriyyələrini irəli sürüb elmi kəşfilə Azərbaycanı tanıdır və dərin bilgi sahibi olduğunu sübuta yetirir( Mehdiyev Ş.F); -2.Texnika elmləri doktoru ola ola ozonun kənd təsərrüfatı sahəsində aidiyyatı üzrə istifadəsi zamanı
müsbət nəticələr alınması hesabına taxılın məhsuldarlığının 15 % artırılmasına nail olur,aparılan elmi axtarışlarının və yaratdığı hidroakustik aparatlarının nəticəsi olan “Sualtı komleks işlər və onun tətbiqi“ 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülür və bir sıra elmi ixtiralarına görə “Mühəndislik rəşadəti” qızıl medalına sahib olur(Nizamov T.İ.);
-3.Benzollu propilenlə alkilləşdirmək yolu ilə izop propilbenzolun sintezi üsulunu işləyib hazırlamış olur (Məmmədəliyev Y. H.) ;
-4.20-dən çox neft yatağı kəşf edir və 70-dən çox elmi əsəri dərc olunur( Salmanov F.Q.);
-5.Özü Bakıda otrub Nyu-York Elmlər Akademiyasının üzvü olur və ixtirasına görə Moskvaya Patent Ekspertizası institutuna cağırılır və orada təklif etdiyi metodun əvvəlkindən daha üstün olduğunu ekspertlər qaşısında sübut edir və açıqlanmasına izin verilməyən qrifli müəlliflik şəhadətnaməsi alır (Tağıyev B.A.);
-6.Fantastikanın harmoniyasından yaranmış qeyri səlis məntiq , sistem və optimal süzgəclər nəzəriyyələrinin kəşfinə nail olur (Ələsgərzadə L.R.). ..
Hörmətli dostum, yazılarımla əlaqədar olarqa mənə irad tutduğinuz ucuz və elmi səviyynizə yaraşmayan ( hərf səhvləri var,cümlələr bir-birini tutmur,ə...bu nədi yazmısan) bu kimi iradlarınızın hamısını rədd edirəm. Yazılanın məğzini anlaya və məzmununu tuta bilmirsinizsə bunun mənə dəxli var. Bir də Sizə kim demişdi, kim xahiş etmişdi ki, bu yazını oxuyasınız. Demişdim ki, bildiyimi, bacardığımı yazdım.Əsas məsələ odur ki, hər iki yazımla Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi ilə əlaqədar olaraq adekvat bilgimi açıqlaya bilmişəm. Mən Sizinlə danışanda həmişə ehtiyatlı olmuşam ki, Sizi özümdən narazı salmayım, incitməyim. Sizin çatışmayan cəhətinizi isə Sizə həsr etdiyim yazılarımın birində üstüörtülü qeyd etmişdim. Yəni bilgidə özünüzdən başqa heç kimi görmək istəmirsiniz...
Əgər Sizdə olan bilgi, kəllə, dil və qələm məndə olsaydı mən mühasib yox, C.H.Məmmədquluzadə, və yaxud hər tərəfli yazar (nəsr,poeziya,dramaturgiya ), kommersiya işlərini əla bilən dayım Fərhad ola bilərdiim...
Hörmətlə Elxan Sarı o. 15.01.2018-ci il.