Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ÖLƏK BİRGƏ

ÖLƏK BİRGƏ

 

Xeberinfo.com:  
Eşqimizə şahid oldu, baxçadakı qoca gökə,
Açılmışdı budaqları çətir kimi, üstümüzə,
Yarpaqları xışıldayır, pıçıldayır xəfif mehdən,
Bağlayırlar göz-görəsin uca göydən,
Gövdəsisə gizlədirdi, biz cütlüyü yad gözlərdən.
Qollarımın arasında, çırpınırsan, çırpınırsan.
Çırpınmaqla bir az da çox sarılırsan.
Gözüm gözün qabağında, dodaqların dodağımda,
Yumşaq-yumşaq yemişlərdi, ovuc-ovuc ovucumda,
Sinəm altda dağ narları, dayanmadan yırğalanır,
Mən ölürəm, bu keflə cənnət yaranır.
Dodaqlarım dodağından götürür bal,
Deyirsən ki, mənimlə qal, mənimlə qal.
Süzülərək gözün axır, yarı açıq, başın yana,
Sevişirik yana-yana.
Birdən açıb gözlərini, heyrət ilə, sevgi ilə məni tutur,
Məni öpür, deyirsən ki, sevgi budur.
Rəngli uzun dırnaqların kürəyimi şırımlayır.
Bədənimi mərmər şümşad topuqların qandallayır.
Yavaş-yavaş çətir başın yırğalayır, Qoca Gökə,
Gökə ətri, süzülərək xəfif mehlə, 
qurtum-qurtum, 
Dolur bizim qəlbimizə.
Bu sevgidən mən də sərxoş, sən də sərxoş,
Gülüşürük, özümüzə elə boş-boş.
Deyirəm ki, ağuşunda oləm bəlkə,
Baş daşım da qöca gökə,
Deyirsən ki, ikimiz də ölək birgə, 
Eşq şərbətin damla-damla içə-içə,
Ölək birgə, ----- keyf çəkə-çəkə.

 

Mehdi Əsgərov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam