PAPAQ və ÖRPƏK HAQQINDA
Xeberinfo.com: Atribut-fəlsəfədə: substansiyanın ayrılmaz xüsusiyyəti; əlamət; qrammatikada təyin kimi işlənir.
Hər bir dövlətin atributu var deyəndə nələr düşünülür? Bir dövlət başqalarından hansı cəhətlərinə görə fərqlənir? Hər bir dövlətin gerbi, bayrağı, pul vahidi, sərhəddi və ordusu olmaqla başqa dövlətlərdən ciddi surətdə fərqlənməklə beynəlxalaq miqyasda tanınır və ona hörmətlə yanaşılır.
Bəs insanlığın atributu varmı, varsa o nədir? Kişilərdə atribut papaq, qadınlarda baş örpəyi-kələğayıdır. Azərbaycan xaılqında bu atributlara- papağa və örpəyə hüdudsuz hörmət var. Bu atributlara kəm baxanlar qaydasınca cəzalanırlar. Birisi yaramaz işlə məğul olanda Ağsaqqallar “Başındakı papaq sənə haram olsun” deyirlər.
Papaq da müxtəlif formada olur. General papağı, sıravi əskər papağı, hüquq mühafizə orqanlarına verilən papaq, adi vətəndaş papağı, isti və soyuq keçirməyən çoban papağı və s.
Vətəndaşlar papağı dükanlardan, yaxud peşəkar papaq tikənlərdən satın alırlar. Cenerallara, admirallara, əsgərlərə və hüquq mühafizə orqanlarına papaq dövlət tərəfindən əvəzsiz verilir. Həmin papğın qaqartında dövlətin atributu olur və ona hörmətlə yanaşırlar.
Televerilişlərin birində üzdən iraq müxalifət hesab olunan Leyla Yunus, vətəndaşlar və polislər üzbəüz dayanmışdılar. Leyla Yunus qəflətən bir nəfər ucaboy polisin papağını başından götürüb kənara atdı. Polisin əsəbləri gərilsə də lazımı vasitəyə əl atmadı, səbirli oldu və bu anda bir nəfər gənc vətəndaş cəld tərpənərək polisin papağını yerdən götürüb sahibinin başına qoydu. Düzünü deyim ki, Leylanın bu hərəkəti polislə təklikdə baş versəydi polisə qarşı bu yaramazlıq cavabsız qalmayacaqdı.
1.Hər şeydən əvvəl polis kişidir və onun papağını xuliqan kimi yerə çırpanın lazımı qaydada cavabı verə bilərdi.
2. Polisin papağının qaqartında dövlətin atributu var və ona alcaqlıqla yanaşan hər bir kəs cinayətkar kimi cəzasını yerindəcə ala bilərdi. Heç kimə ixtiyar verilmir ki, dövlətin atributu yapışdırılmış polis papağına qarşı aqressiv hərəkət edilsin.
3.Leyla Yunus Bakıda əyləşib, başındakı örpəyə hörmət etməyərək xaricdən vəsait almaqla Müstəqil Dövlətimizin əleyhinə casusluq etdiyinə görə məsuliyyətə cəlb olunmuşdu. Belələrini həbs etmək azdır, vətəndaşlıqdan xaric etmək lazımdır.
Buraxılmış nöqsanlara görə hökuməti tənqid etmək olar və dövlət quruculuğunda nöqsanları aradan qaldırmaq üçün faydalı təkliflər vermək, dövlət quruculuğunu daha da inkişaf etdirmək hər bir ziyalı-yaradıcı vətəndaşın borcudur. Biz müstəqilliyi qan bahasına əldə etmişik və əlbir olub onu yaşatmalı, əbədiləşdirməliyik.
Ancaq qurulu bir dövləti dağıtmağa çalışmaq, ona xəyanət etmək, xarici kəşfiyyatın qulu olmaq yol verilməzdir və cinayətdir. Bax bu kimi səbəblərə görə və Azərbaycan örpəyinin qədrini bilməyən Leyla Yunusa qarşı mənim münasibətim pisdir.
Hər bir Azərbaycan vətəndaşı-kişilər kişiliyin atributu olaraq başlarına qoyduqları papağın və qadınlar qadınlığın atrubutu sayılaraq başlarına örtdüyü örpəyin qədir-qiymətini bilməyə borcludurlar.
Quliyev Elxan Sarı o.