Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Çində evlənmək və ölənləri dəfn etmək qadağan edilib

 

 

Çinin paytaxtı Pekində koronavirusla əlaqədar evlənmək və ölənləri dəfn etmək müvəqqəti olaraq qadağan edilib.

Yenixeber.org: Dəfnin qadağası vida mərasimlərinə 10-dan 100-dək insanın toplaşması ilə bağlıdır.

Məlumata görə, sevgili olan şəxslər Çində məşhur 2 fevral tarixində evlilik mərasimlərini keçirə bilməyəcəklər.

Bildirilib ki, 2020-ci ilin 2 fevral tarixi Çin dilində “mən səni sevirəm, səni sevirəm” ifadəsi ilə eyni səslənir.

Qeyd edək ki, bir həftə əvvəl Pekin rəhbərliyi 25 yanvar Çin Yeni ili ilə bağlı bütün böyük tədbirlərin koronavirusun yayılması ilə əlaqədar keçirilməsindən imtina edib.

Xatırladaq ki, Çinin Hubey vilayətinin Uhan şəhərində yayılmağa başlayan yeni koronavirus nəticəsində 170 nəfər ölüb, yoluxanları sayı isə 7710-u ötüb. Yoluxucu virus indiyə qədər ABŞ, Fransa, Almaniya, Cənubi Koreya, Avstraliyanın da olduğu ən az 21 ölkədə aşkarlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam