Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

NATO ölkələrinin müdafiə xərcləri 130 milyard dollar artacaq- Alyans büdcəni artırdı

NATO ölkələrinin ümumi müdafiə xərcləri 2016-cı illə müqayisədə 2020-ci ildə 130 milyard dollar, 2024-cü ildə isə 400 milyard dollar artacaq.

Yenixeber.org: Bu barədə Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq deyib. O, həmçinin NATO ölkələrinin tarixdə ilk dəfə London sammitində Çinin hərbi imkanlarının artmasına münasibət bildirəcəklərini də qeyd edib.

“Çin hazırda ABŞ-dan sonra həcminə görə dünyada ikinci hərbi büdcəyə malikdir. Bu yaxınlarda onlar yeni hərbi imkanlar, o cümlədən yeni nüvə silahı növləri əldə ediblər. Biz buna birlikdə cavab verməliyik”, – deyə NATO-nun baş katibi bildirib.

Qeyd edək ki, NATO-nun bundan əvvəlki toplantılarında Çin yalnız ABŞ-ın təqdimatı ilə və onun komponentlərinin alyans ölkələrinin aparıcı hərbi texnikalarında istifadəsinin məhdudlaşdırılması və Çin kompaniyalarının Qərbdəki 5G texnologiyalarına əlçatanlığının azaldılması kontekstində xatırlanırdı.

NATO-nun materiallarına əsasən, alyansa daxil olan bütün 29 dövlətin hərbi xərcləri 2019-cu ildə 987 milyard dollar təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam