Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

20 yanvar faciəsi Moskvada da anıldı

 

"Bakıya görə biz ruslar utanırıq" 

 

"Xeberinfo.com":  Məlumata görə, 20 yanvar faciəsi bu qətliamın törədilməsinə sərəncamların verildiyi Moskvada da anılıb. Hər nə qədər rəsmi Moskva yenə də bu faciə ilə bağlı daha çox susmağa üstünlük verirsə də, ancaq Azərbaycanın Rusiyadakı səfirliyi və diaspor təşkilatlarımız birlikdə keçirdikləri anım tədbirləriylə qanlı yanvar həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasına çalışılır. 
ANS TV-nin Moskva bürosunun məlumatına görə, Azərbaycanın Rusiyadakı səfirliyində 20 yanvar qətliamının 25-ci ildönümünə həsr olunan anım tədbirində Rusiya rəsmiləri, ölkənin siyasi və mədəniyyət xadimləri, xarici diplomatlar və diaspor təmsilçiləri iştirak edirdi. 20 yanvarın tarixə Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi kimi düşdüyünü deyən səfir Polad Bülbüloğlu, xalqımızın o günlərdə göstərdiyi əzm və mərdlik nümunəsiylə heç bir zülmə boyun əyməyəcəyini isbatladığını dedi. Tədbir iştirakçıları 20 yanvar hadisələriylə bağlı videoçarxı da izlədilər.
“Bakıda baş verən o hadisələrə görə biz ruslar utanırıq. O günlər sanki sovet hökuməti düşmən bir şəhərə hücum edirdi. Onlar unutmuşdular ki, Bakı şəhəri Azərbaycan xalqıyla birlikdə dünyanın ən böyük neft yataqlarına sahib olan və İkinci dünya müharibəsində faşist Almaniyasına qarşı qazandığımız zəfəri təmin edən şəhərdir” – deyə ictimai xadim Yuriy Korıtin bildirib.
20 Yanvar faciəsindən bəhs edən tarixi fotoşəkillərdən ibarət sərgi və həmçinin müxtəlif əyani vəsaitlər də tədbir iştirakçılarına təqdim olundu.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam