Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Füzulidə 20 Yanvar faciəsi anıldı -FOTOLAR


 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı Sərəncamına uyğun olaraq  bu gün Horadiz şəhərində Qəhrəmanlar Parkında anım tədbiri keçirilmişdir.

Xeberinfo.com:  Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilatları, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

  Tədbirdə  20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükütla yad edilmiş, ruhlarına dualar oxunmuşdur.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 20 Yanvarın faciəsindən danışmış, şəhidlərin xatirəsini ehtiramla yad etmişdir. 

Alı Alıyev 20 Yanvar hadisələrini Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq mübarizəsi kimi səciyələndirmişdir. Faciənin Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş dəhşətli cinayət olduğunu vurğulayan Alı Alıyev ümummilli lider Heydər Əliyevin o vaxt hələ Moskvada ikən həyatını təhlükəyə ataraq 20 Yanvar hadisələri  ilə bağlı cəsarətli bəyanatla çıxış etdiyini, Ulu öndərin səyi ilə hadisələrə əsl siyasi qiymətin verildiyini bildirmişdir.

Alı Alıyev demişdir: - “20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı uğrunda apardığı mübarizəsinin şanlı tarixidir. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə eyni zamanda xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu bir daha nümayiş etdirmişdir. Müstəqil Azərbaycan durduqca faciə qurbanlarının xatirəsi də daim qəlblərdə yaşayacaqdır."

Çıxış edənlər 20 Yanvar faciəsi qurbanlarının Azərbaycanın müstəqilliyi yolunda şəhid olduqlarını və onların işıqlı xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulamışlar.

Həmin gün saat 12:00-da bütün resapublikamızda olduğu kimi Füzuli rayonu ərazisində də 20 yanvar şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir.

20 yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı tərəfindən tədbirlər planı təsdiqlənmiş, rayonun idarə, müəssisə və təşkilatlarında anım tədbirləri keçirilmiş, faciə qurbanları yad edilmişdir.







Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam