Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İran İsrailə qarşı

"Keçmişdə hirsimizə şahid olan sionistlər dağıdıcı ildırımı gözləsinlər"

"Xeberinfo.com":  Məlumata görə, İran İnqilab Keşikçilərinin komandiri Muhəmməd Əli Cəfəri İsraili hədələyib.
Əli Cəfəri İsrailin Suriyada həyata keçirdiyi əməliyyatda öldürülən 6 Hizbullah üzvü ilə birlikdə həyatını itirən İranlı general Məhəmməd Əli Allahhadi üçün verdiyi başsağlığında İnqilab Keşikçilərinin bölgədə qalacağı mesajını verib: 
"İnqilab Keşikçiləri keçmişdə Livan və Fələstin müharibələrində olduğu kimi, fəsad mikrobu olan sionist rejim yıxılana və bölgədən tamamilə yox olana qədər o torpaqlarda mübarizə edən müsəlmanlara dəstəyini davam etdirəcək. Keçmişdə hirsimizə şahid olan sionistlər dağıdıcı ildırımı gözləsinlər".
Qeyd edək ki, İsrailin, Suriya-İsrail sərhədindəki Kuneytra şəhərində Hizbullaha məxsus avtomobilə endirdiyi hava hücumunda təşkilatın yüksək səviyyəli komandirlərindən Məhəmməd İsa və sabiq Hizbullah komandirlərindən İmad Muğniyənin oğlu Cihad Muğniyən daxil olmaqla 6 təşkilat üzvü öldürülmüşdü.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam