Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyan:"Lukaşenkonun ailəsində bədbəxt hadisə baş verib"

“Belarus prezidenti Aleksandr Lukaşenkonun ailəsində bədbəxt hadisə baş verdiyi üçün Avrasiya İqtisadi İttifaqının Ali Şurasının tədbirini tez tərk etdi”.

Yenixeber.org: Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“Aleksandr Lukaşenkonun ailəsində yas mərasimi olduğu üçün tədbiri tez tərk edərək Ermənstandan getdi. Onun həmin mərasimdə iştirakı vacib idi”, -deyə o, vurğulayıb.

Qeyd edək ki, qurumun toplantısı oktyabrın 1-də Yerevanda keçirilib. Belarus prezidenti A.Lukaşenko sentyabrın 30-da Avrasiya İqtisadi İttifaqının sammitində iştirak etmək üçün Ermənistana səfər edib. O, Yerevanda bildirib ki, Belarus Ermənistana qarşı olanlarla dost olmayacaq: “Ermənistanla çiyin-çiyinə olacağıq. Vəziyyət elə gətirib ki, siz (Ermənistanın baş naziri Nikol Paşinyanı nəzərdə tutur- red.) mənim çox yaxşı dostumsunuz, Azərbaycan Prezidenti mənim köhnə dostumdur. İndi mən nə edim? Mən Ermənistana da, Azərbaycana da yaxşı münasibət göstərirəm. Biz Ermənistanın maraqları naminə işləməyə hazırıq”.

Nikol Paşinyan cavabında deyib: “Siz bizim Azərbaycanla münasibətimizin yetərincə yaxşı olmadığını, açıq deyəcəm, münaqişədə olduğumuzu bilirizsiz. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində bu məsələni müzakirə etmişik. Əlbəttə, hər dövlətin özünün maraqları var. Ancaq mən kollektiv maraqlarımızın da olduğunu qeyd etməliyəm. Mən şadam ki, biz bir yerdə işləyib, bütün nüansları müzakirə edib, ümumi qənatətə gələ bilərik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam