Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Lukaşenko Paşinyanla görüşdə: "Azərbaycan Prezidenti uzun illərin yaxşı dostudur"

“Məsələ burasındadır ki, siz mənim dostumsunuz. Həmçinin, Azərbaycan Prezidenti də uzun illərin yaxşı dostudur. Elə isə mən nə etməliyəm? Mən Ermənistanla da, Azərbaycanla da çox yaxşı münasibətdəyəm. Biz Ermənistanın maraqlarına uyğun işləməyə hazırıq”.

Yenixeber.org: Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

Qarabağa qanunsuz səfərlər etmiş bloger Lapşini Azərbaycana təhvil verməklə, həmçinin, KTMT baş katibi postuna iddia etməsinə baxmayaraq, N.Paşinyanın istəklərinə “yox” deməklə Ermənistan rəhbərliyini peşman etmiş Belarus lideri bu dəfə bir sıra yumşaq mesajlar verib. O deyib ki, ermənilərin ona yaxşı münasibət bəslədiyini bilir.

Belarus prezidenti daha sonra qeyd edib ki, Ermənistana münasibətdə Belarusun dost siyasəti heç zaman dəyişməyəcək.

Qeyd edək ki, Lukaşenko 1 oktyabrda İrəvanda keçiriləcək iclasda iştirak etmək üçün işğalçı ölkəyə səfər edib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam