Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Taliban -ÜST-yə qadağanı qaldırır

Əfqanıstandakı Taliban yaraqlıları qruplaşmanın nəzarətində olan ərazilərdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fəaliyyətinə qadağanı qaldırıblar.

Yenixeber.org:   Bu, ekstremist qruplaşmanın Birləşmiş Ştatlarla sülh danışıqları iflas edəndən sonra imicini yaxşılaşdırmağa daha bir cəhdidir.

Taliban bu ilin aprelində ÜST və Beynəlxalq Qırmızı Xaç Komitəsinin onun işğalı altında olan ərazilərdə fəaliyyətini yasaqlamışdı. Qruplaşma bu təşkilatları poliomielit xəstəliyinə qarşı peyvənd kampaniyası altında “şübhəli” fəaliyyətlə məşğul olmaqda suçlayırdı.

“Qüsurlarını anlayandan, təmsilçilərimizlə daimi kontakt və görüşlərdən sonra ÜST fəaliyyətinə icazə aldı”, – Talibanın sözçüsü Zabihullah Mujahid bəyanatında deyib.

Bu qadağa sözügedən yoluxucu uşaq iflici xəstəliyinin geniş yayıldığı Əfqanıstanda böyük humanitar böhranı gücləndirə bilərdi.

Taliban sentyabrın 15-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə qadağanı ləğv etmiş, əməkdaşlarının təhlükəsizliyinə təminatı bərpa etmişdi. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam