Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Putin mühüm tədbirə dəvət edilmədi

 

Rusiya prezidenti Vladimir Putin Osventsim əsir düşərgəsinin azad olunmasının 70 illiyi ilə əlaqədar Polşada keçiriləcək rəsmi tədbirə dəvət olunmayıb.

"Xeberinfo.com":  APA-nın verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov V.Putinin iş qrafikində belə bir səfərin olmadığını açıqlayıb.

D.Peskov V.Putinin Osventsimin azad olunması münasibətilə keçiriləcək bayram tədbirinə dəvət olunmadığını söyləyib. Bununla yanaşı, o əlavə edib ki, adətən bu cür tədbirlər üçün rəsmi dəvətnamə göndərilmir.

Lakin “Reuters” agentliyi öz mənbələrinə istinadən Polşa tərəfinin şüurlu şəkildə V.Putinə dəvət göndərmədiyi barədə xəbər yayıb.

Qeyd edək ki, alman faşistləri tərəfindən yaradılmış Osventsim əsir və ölüm düşərgəsi 1940-45-ci illərdə Polşanın eyni adlı şəhərinin yaxınlığında fəaliyyət göstərib. Almanlar Osventsimi Auşvits adlandırıblar. Bir milyondan çox yəhudinin öldürüldüyü düşərgə 1945-ci il yanvarın 27-də sovet qoşunları tərəfindən azad edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam