Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Dünyadan Paris terroruna etiraz

 

Dünya Fransanın paytaxtı Parisdə baş verən terrora etiraz edir

"Xeberinfo.com": Məlumata görə, Parisdə meydana toplaşanlar Məryəm heykəli qarşısında şam yandıraraq “Hamımız Şarliyik” şüarı səsləndiriblər.  


Hollandiyanın paytaxtı Amsterdamda təşkil olunan aksiyada baş nazir Mark Rutte çıxış edib. “Qorxunun bizi əsarətdə saxlamasına, azadlığımızın əlimizdən alınmasına imkan verməyəcəyik”-baş nazir deyib. 
Etiraz aksiyasında bir çox dövlət rəsmiləri çıxış edərək terroru pisləyib və ölənlərin yaxınlarına başsağlığı verib. 
Rusiyanın paytaxtı Moskva şəhərində Fransa səfirliyinin qarşısına yüzlərlə gül qoyulub. Ölənləri yad etmək üçün səfirliyə gələn dini qurum təmsilçiləri Fransa dövlətinindən dini təhqir edənlərin cəzalandırılmasını istəyib. Din təmsilçiləri bildirib ki, dini təhqir edənlər cəzalandırılsa terrorun qarşısı alına bilər. 
Yunanıstanın paytaxtı Afinada təxminən 500 nəfər “Mən Şarliyəm” yazılmış transparant qaldırıb. Etiraz aksiyasında ölənlərin ruhu yad edilib, şamlar yandırılıb. 
İtaliyada da Paris terroruna etiraz edilib. Paytaxt Romada Fransa səfirliyinin yaxınlığındakı meydanda toplanan 2000 italyan əllərində şam və “Hamımız Şarliyik” afişası qaldırıb. İtaliyanın milli mətbuat şurası və siyasi partiyalar məşəllərlə aksiyaya dəstək verib. Ölkədə bü gün çıxan qəzetlər “Azadlığa hücum” başlığı ilə Paris terroruna geniş yer verib. 
Bir çox qəzetlər terrorda İslamı günahlandırıb. Baş nazir Paolo Gentiloni isə yazılanlara etiraz edərək bildirib ki, terrorla İslamı bir-birinə qatmaq yanlışdı. 
 
 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam