Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Yaponiya və ABŞ liderləri Yaxın Şərq və KXDR məsələlərini müzakirə edəcəklər- G20 sammiti çərçivəsində

Yaponiyanın Baş naziri Şinzo Abe və ABŞ Prezidenti Donald Tramp G20 ölkələrinin liderlərinin Osakada keçiriləcək sammiti çərçivəsində Yaxın Şərqdə vəziyyət və Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə bağlı mövzuları müzakirə etməyi planlaşdırırlar.

Yenixeber.org:  Bu barədə Yaponiya Xarici İşlər Nazirliyindən məlumat verib.

“Osaka sammiti çərçivəsində keçiriləcək görüş zamanı tərəflər ABŞ-Yaponiya ittifaqının sarsılmazlığını bir daha təsdiq edəcək, həmçinin KXDR və Yaxın Şərqdə vəziyyətlə bağlı məsələlər ətrafında müzakirələr aparacaqlar”, – deyə mənbə bildirib.

Xatırladaq ki, bu, Ş.Abe ilə D.Trampın son bir neçə ayda sayca üçüncü görüşü olacaq. Belə ki, Baş nazir apreldə ABŞ-a gedib, Prezident D.Tramp isə mayda Tokioya cavab səfərinə gəlib.

G20 sammiti tarixdə sayca 14-cü və Yaponiyada təşkil edilən ilk tədbir olacaq. Forum iyunun 28-29-da Osaka körfəzindəki Sakişima adasında yerləşən “INTEX Osaka” beynəlxalq sərgi salonunda təşkil ediləcək. Sammitin təqribən 7 min jurnalist tərəfindən işıqlandırılacağı bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam