Redaktor seçimi
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Günün xəbəri

Niderland qəzetidə Xocalı soyqırımı haqqında

 

Niderland Krallığının “De Gelderlander” qəzetində “Qarabağ faciəsi fotolarda” adlı məqalə dərc edilib. 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə AzərTAc-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məqalədə Dağlıq Qarabağda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərlə bağlı bu günlərdə Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə Niderlandın bir çox şəhərlərində keçirilən sərgilərdən bəhs olunur. Yazıda Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkına istinadən bildirilir ki, əslində Qarabağ faciəsini sərginin keçirildiyi iki günə sığdırmaq mümkün deyil. Dağlıq Qarabağ hər kəsin bildiyi kimi, Azərbaycanın tərkib hissəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bölgədə soyqırımı həyata keçirib.

Məqalədə bu fotosərginin 2015-ci ilin ilk aylarında Niderlandın Ahterhuk bölgəsinin Aalten şəhərində də təşkil olunacağı diqqətə çatdırılır. Müəllif fotolarda əks olunanlar barədə məlumat verir. Qeyd edilir ki, sərgilənən fotolar beşiklərin məzara çevrildiyi 22 il əvvəli – Qarabağ insanlarının həyat hekayələrini üzə çıxarır: nəvəsi ilə birlikdə qətlə yetirilmiş yaşlı qadın, yatmış uşağın gecə köynəyindəki qan ləkələri, ümidsiz bir ananın fəryadı, yerlərdə uzanmış bədənlər... Xocalı soyqırımı zamanı amansızlıqla qətlə yetirilən insanların acılarını təsvir edən müəllif sərgilərin məqsədinin bəşəriyyətə mesaj, Xocalı soyqırımı zamanı yaşananları dünya ictimaiyyətinə çatdırmaq olduğunu vurğulayır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam