Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycan tolerantlığın simvoludur

 

Böyük Britaniyanın “Jewish News” onlayn qəzeti Azərbaycanda dini tolerantlığın inkişafı haqqında məqalə yayıb.

"Xeberinfo.com":  “Faith Matters” qeyri-hökumət təşkilatının direktoru Fiyaz Muğalın müəllifi olduğu məqalədə bildirilir ki, Azərbaycan dini tolerantlığın inkişafı baxımından regionun mərkəzidir.

Məqalədə son illər Azərbaycanda gedən inkişaf proseslərindən bəhs olunur. Ölkədə informasiya-kommunikasiya texnologiyalarının, infrastrukturun, sahibkarlığın sürətlə inkişaf etdiyi vurğulanır.

Azərbaycanın həmişə yeni ideyalara açılan qapı olduğu diqqətə çatdırılan yazıda ölkədə iki min ildən bəridir ki, yəhudilərin müsəlmanlarla birgə sülh və dostluq şəraitində yaşadıqları qeyd edilir. Bildirilir ki, buraya digər dini icmaları da aid etmək olar.

Dağlıq Qarabağ münaqişəsinə toxunan müəllif vurğulayır ki, ərazisinin 20 faizinin ermənilər tərəfindən işğal edilməsinə baxmayaraq, Azərbaycanda dini tolerantlıq qorunub saxlanılır, ölkə daxilində əmin-amanlıq hökm sürür.

Məqalədə Azərbaycan ilə İsrail arasındakı əlaqələrdən də bəhs edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam