Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya dollardan imtina etməlidir

 

“Rusiya Federasiyası Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzv ölkələrilə ticarət etmək üçün öz milli valyutasından istifadə etməlidir. Bu da nəticədə dollardan tam imtinaya gətirib çıxara bilər”. 


"Xeberinfo.com":  Məlumata görə, bu sözləri Qazaxıstanın Baş naziri Kərim Məsimov deyib. 
“Bu haqda ŞƏT üzvləri arasında dəfələrlə diskussiya keçirilib və qarşılıqlı hesab əməliyyatlarında milli valyutalara üstünlük verməyin vacibliyi vurğulanıb”, - deyə Kərim Məsimov bildirib.

Rusiyanın Baş naziri Dmitri Medvedev də Kərim Məsimovun bu ideyasını dəstəkləyib: “Bu problemli mövzudur. Onun həyata keçməsi üçün bir çox layihələr həyata keçirməliyik”.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılıb. Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan bu quruma üzv seçiliblər. 

Müşahidəçi qismində isə bura Monqolustan, Hindistan, İran, Pakistan və Əfqanıstan daxil edilib. Sentyabr ayında Pakistanla Hindistan ŞƏT-in üzvü olmaq üçün rəsmi ərizə yazıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam