Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Olland Putin və Sərkisyanla Qarabağı müzakirə edəcək"

 

Fransa prezidenti Fransua Olland aprelin 24-də “erməni soyqırımı”nın 100 illiyinə həsr edilmiş mərasimlərdə iştirak etmək üçün İrəvana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə etməyə hazırlaşır

"Xeberinfo.com":  Virtualaz.org saytı xəbər verir ki, bu haqda “Le Parisien” qəzeti Fransa diplomatik qaynaqlarına istinadən xəbər verir.
Məlumata görə, Ollandın səfər proqramına Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sərkisyanla ikitərəfli görüşlər keçirərək münaqişənin nizamlanmasını müzakirə edəcək. Fransa nəşri bu danışıqlar ərəfəsində Rusiyanın bu üzücü münaqişədəki roluna diqqəti cəlb edir.
“Rusiya tamamilə düyünə düşmüş bu böhrandan böyük fayda götürən regional oyunçudur. Ənənəvi olaraq Ermənistanı dəstəkləyən Rusiya bu ölkəyə təbii qaz, böyük həcmdə silah-texnika verir, Ermənistan ərazisində 4 minlik hərb kontingent saxlayır” - deyə qəzet yazır.
“Le Parisien” qeyd edir ki, Rusiya Azərbaycana da silah verir, ancaq Ermənistana nisbətən daha yüksək qiymətə.
“Bu isə Rusiyaya situasiyadan maksimum fayda götürməyə imkan yaradır” - Fransa nəşri bildirir.
Qeyd edək ki, Fransa prezidenti Fransua Olland ötən ilin noyabrında Yelisey sarayında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edib. Təmas xəttində hər gün şiddətli atışmaların baş verdiyi dövrdə təşkil edilmiş bu görüşdən konkret nəticə ortaya çıxmadı.
Ancaq Yelisey sarayındakı mənbələr bildirmişdi ki, prezidentlər olduqca açıq və səmimi müzakirələr aparıblar. Hətta danışıqların gedişində bir-birlərinə “sən” deyə müraciət ediblər. Tərəflər anlaşıblar ki, təmas xəttindəki gərginliyi azaltmaq və sülh prosesinə şans vermək lazımdır.
Lakin Paris danışıqlarından heç iki həftə keçməmiş Ermənistan öz ordusunun az qala bütün şəxsi heyətini, üstəlik Qarabağdakı işğalçı qüvvələrini hərbi manevrlərə çıxardı. Bu manevrlər zamanı Ermənistan Hərbi-Hava Qüvvələrinin vertolyotları Azərbaycan ordusunun mövqeləri üzərində təhlükəli manevrlər edərək açıq şəkildə təxribat törətdi.
Nəticədə Ermənistan hərbi vertolyotlarından biri vuruldu. Təmas xəttində çox az sürən nisbi sakitlik yerini yenidən şiddətli atışmalara buraxdı.
O vaxtdan etibarən Minsk Qrupu çərçivəsində aparılan danışıqlar faktiki olaraq dayanıb, prezidentlərin yeni görüşündən isə söhbət belə getmir.
Fransua Ollandın vasitəçiliyi Azərbaycan və Ermənistan dövlət başçıları arasında atmosferi yumşaltmağa kömək etsə də Sərkisyan İrəvana qayıdandan sonra sanki situasiyanı yenidən gərginləşdirmək haqda göstəriş aldı və təxribatları artırdı.
İndi qondarma “erməni soyqırımı”nın 100 illiyinə həsr edilmiş mərasimlər Fransa prezidentinin vasitəçilik imkanlarını bir daha sınaqdan keçirməyə imkan verəcək.
Məlum olduğu kimi, Olland İrəvandan sonra Bakıya səfər edəcək və Azərbaycan prezidenti ilə danışıqlar aparacaq. Bu danışıqların mərkəzi mövzusunun Qarabağ münaqişəsi olacağı şübhə doğurmur. Lakin əsas sual budur: Putin Ollandın missiyasına nə dərəcədə dəstək verəcək?

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam