Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistanda növbəti mitinq keçirilib

 

Ermənistanda hakimiyyət dəyişikliyi üçün iş başlayacaq

"Xeberinfo.com":  Məlumata görə, İrəvanda insan hüquqları günü ilə bağlı böyük mitinq keçirilib.Erməni Milli Konqressi tərəfindən təşkil edilmiş mitinqdə beynəlxalq insan hüquqlarının müdafiəsi gününə həsr olunmuş qətnamə qəbul edilib. Qətnaməni Ermənistan Milli Konqressinin fraksiya rəhbəri Levon Zurabyan oxuyub.

Qətnamə Ermənistanda insan hüquqları sahəsindəki problemlərə – seçki sisteminə müdaxilə, iqtisadi azadlıqların pozulması və siyasi dustaqların mövcudluğu aid edilib.

Fraksiyanın başçısı Levon Zurabyan həmçinin bildirib ki, yaxın vaxtlarda ümumxalq birgə hərəkəti proqramını təqdim edəcəklər. Bu proqramda kütləvi tədbirlərin siyahısı qeyd olunacaq. Kütləvi tədbirlərin məqsədi hakimiyyətin dəyişməsi və növbədənkənar seçkilərin keçirilməsinə nail olmaqdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam