Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

İrəvanda mitinq

 

Ermənistanın paytaxtı İrəvanda insan hüquqlarının müdafiəsinə həsr edilmiş illik yürüş keçirilir. 

Xeberinfo.com:   Ermənistan mətbuatına istinadla məlumata görə, yürüş Azadlıq meydanında təşkil edilib. 

Erməni Milli Komitəsinin keçirdiyi yürüşə konstitusiya islahatlarına qarşı çıxan "Yeni Ermənistan" milli qurtuluş cəbhəsi, "Miras" partiyası və digər müxalif qruplar da qoşulub. 

Etiraz aksiyasının iştirakçıları Ermənistanın Mərkəzi Seçki Komissiyasının seçicilərin hüquqlarını pozduğunu bildirirlər. Erməni Milli Komitəsinin liderlərindən biri olan Levon Zurabyan isə referendumun keçirildiyi 6 dekabr tarixini sistem zorakılığı günü adlandırıb.

Yürüş iştirakçıları ölkədə siyasi məhbusların olduğunu bildiriblər. Partiya liderləri hakimiyyətin tezliklə dəyişdirilməyə ehtiyacının yarandığını deyirlər. 



İrəvanda təşkil edilən yürüş

Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı keçirilən seçkilərdən sonra yenidən mitinqlər başlayıb. Referendumun nəticələrinə görə, ölkə əhalisinin 50,5%-i seçkilərdə iştirak edib. 75%-ə ölkə sakini islahatlara "hə" deyib. 

Ermənistanda keçirilən referendumda səsvermə başa çatandan sonra müxalifət İrəvanda etiraz aksiyasına başlayıb. Əvvəlcə paytaxtın Azadlıq meydanında mitinq keçirilib. Meydana çoxlu sayda polis və xüsusi təyinatlılar cəlb olunub. Mitinqdə çıxış edən “İrs” Partiyasının lideri Raffi Ovanisyan dekabrın 6-da baş verənləri dövlətə xəyanət adlandırıb. 



Onun sözlərinə görə, prezident Serj Sarkisyan və baş nazir Ovik Abramyan baş verənlərdən sonra istefaya getməli və minlərlə ermənini bu cinayətin iştirakçısına çevirən digər vəzifəli şəxslərlə birlikdə məsuliyyətə cəlb olunmalıdırlar. O, hüquq-mühafizə orqanlarına müraciət edərək referendumun nəticələrini saxtalaşdıran vəzifəli şəxslərin siyahısını istəyib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam