Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

İnsan Ayda məskən salır

 

Britaniyalı alimlər “Lunar Mission One” adlı Ay missiyasının təfərrüatlarını açıqlayıblar. Habelə missiyanın Ayda dərinliyi 100 metrdən çox olan kanal qazması planlaşdırılır.

"Xeberinfo.com": Bu barədə Trend BBC News-a istinadən məlumat verir.

Qeyd edək ki, “Lunar Mission One” missiyası Böyük Britaniyanın bir sıra elm və təhsil müəssisələrinin, eləcə də London Universitet Kolleci və Açıq Universitetin dəstəyi ilə yaradılıb.

Alimlərin sözlərinə görə, missiyanın başlıca hədəfi Yerin peykinin cənub qütbündə araşdırmaların aparılmasıdır. Belə ki, alimlər Ayın geologiyasını öyrənmək və orada insanların məskunlaşdıqları qəsəbə yaratmağa hazırlaşırlar.

Gözlənildiyi kimi, missiya çərçivəsində 100 metrdən artıq dərinlikdə kanal qazılacaq, Ay qütbündə astroloji rəsədxananın yerləşdirilməsi imkanları qiymətləndiriləcək və peykə meteoritlərin zərbəsi nəticəsində düşən üzvi birləşmələrin izləri axtarılacaq.

Britaniyalı alimlər hesab edirlər ki, Aya 6-sı insanın iştirakı ilə olmaqla (ABŞ-ın “Apollo” proqramı çərçivəsində) 50-yə yaxın missiyanın həyata keçirilməsinə baxmayaraq, Yerin peyki hələ lazımi qədər öyrənilməyib. Bundan əvvəl peykdəki ən dərin qazıntı (3 metr dərinliyində) 1972-ci ildə ABŞ-ın “Apollo 17” missiyası çərçivəsində aparılıb.

Alimlərin fikrincə, Ayın cənub qütbünün öyrənilməsi xüsusilə perspektivlidir. Çünki bu ərazidə meteoritlərin zərbəsindən əmələ gəlmiş Günəş sistemindəki ən dərin (12 kilometr) krater yerləşir. Hesab edilir ki, orada 4 milyard il əvvəl peykin səthindən planetin dərin qatlarına düşən Ay mantiyasının hissəcikləri ola bilər.

Belə qədim materiyanın öyrənilməsi, xüsusilə, peykin 4,5 milyard il əvvəl Yerin Teyya planeti ilə toqquşması nəticəsində yaranması ilə bağlı fərziyyənin nə dərəcədə ədalətli olduğunu yoxlamaq üçün Ayın təbiətinə işıq sala bilər.

Qeyd edək ki, alimlər Ayın cənub qütbünə xüsusi modulun göndərilməsini 2024-cü ilə planlaşdırırlar. “Lunar Mission One” layihəsinə pul ianələr vasitəsilə yığılacaq. Bunun əvəzində xeyriyyəçilər Aya öz fotoşəkillərini göndərmək imkanı əldə edəcəklər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam