Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ağılı başdan alan virus

 

Amerikalı alimlər sağlam insanların qavrayış vərdişlərinə təsir edən virus aşkar ediblər. 

 

"Xeberinfo.com":Nebraska Universiteti nəzdindəki Con Hopkins Tibb Məktəbinin mütəxəssislərinin araşdırmalarına görə, bu virus sağlam insanların orqanizmində indiyədək müşahidə olunmayıb.

Alimlər bu virusu insanın boğazında mikrobların öyrənilməsi prosesində təsadüfən aşkar ediblər. Araşdırmalar zamanı onlar gözlənilmədən müəyyən ediblər ki, boğaz daxilində aşkar edilən DNK virusu yaşıl yosunları məhv edən DNK virusu ilə eynidir.

Araşdırmada iştirak edən 90 nəfərdən 40-ı onun daşıyıcısı olub. Bu virusun aşkar olunduğu şəxslər vizual qavrayışın sürəti və dəqiqliyi, eləcə də dəqiqliyin səviyyəsi ilə bağlı testlərin nəticələri üzrə daha aşağı nəticə əldə ediblər.

Araşdırmaya rəhbərlik edən virusoloq həkim Robert Yolkenin sözlərinə görə, bu adamlar arasında bir çox psixoloji fərqlər onların genləri, lakin bir sıra hallarda daxildəki mikroorqanizmlərlə əlaqədardır: "Bu sarsıdıcı nümunə sübut edir ki, daxilimizdə məskunlaşmış sanki zərərsiz olan mikroorqanizmlər davranışımıza və qavrayışımıza təsir etmək imkanına malikdirlər". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam