Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Anarxistlər Afinanı xarabalığa çevirdi

 

Onlar 1 il əvvəl polis tərəfindən öldürülmüş gənci yad etdilər, 1 aydır ki, həbsdə aclıq edən anarxistə də dəstək verildi 

 

"Xeberinfo.com": 300 nəfərə yaxın etirazçı Afinada polis tərəfindən saxlanılıb. Yunanıstanın paytaxtında şənbədən bazara keçən gecə güclü etiraz aksiyası keçirilib. Aksiya bir il öncə polis tərəfindən öldürülmüş gəncin xatirəsini yad etmək və aclıq aksiyası keçirən anarxistə dəstək məqsədi ilə təşkil olunub. 
Etiraz aksiyasında 5-10 min arası insanın qatıldığı bildirilir. Onlar paytaxtda dağıdıcı hərəkətlərə yol veriblər. Mağazalara və maşınlara od vurublar. Davakarlığı ilə seçilən etirazçıları sakitləşdirmək üçün Afinaya 6 min polis yeridilib.
“Euronews” bildirib ki, şəhərin mərkəzində sözün əsil mənasında döyüşlər gedib. Etirazçılar “Molotov kokteyl”indən istifadə ediblər. Əsasən anarxistlərin qatıldığı aksiya zorakılıqla müşayiət  olunub. Polis anarxistlərə qarşı gözyaşardıcı qazdan istifadə edib. 
Qeyd edək ki, anarxistlər bir çox Avropa ölkəsində bu kimi əməlləri ilə məşhurdur.
Polis bildirib ki, Afinanın mərkəzində ciddi dağıntılar var. Ancaq şəhərə dəyən ziyanın məbləği barədə hələ ki, konkret açıqlama yoxdur. 
Xatırladaq ki, 1 il əvvəl yunan polisi 15 yaşlı Aleksis Qriqoropulası öldürmüşdü. Etirazçılar həm də həbsdə 1 aydan çoxdur ki, aclıq aksiyası keçirən anarxist Nikos Romansona dəstəklərin ifadə ediblər...
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam