Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Neftin keçən həftədəki yekun qiymətləri

 

Ötən həftə – 1-5 dekabr tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti təxminən 72,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 5,98 dollar/barel azdır.

"Xeberinfo.com": Məlumata görə, 1-5 dekabr həftəsində AZERI LT-nin qiyməti maksimum 73,76, minimum isə 69,98 dollar/barel təşkil edib.

1-5 dekabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 68,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 5,53 dollar/barel azdır.

Ötən həftə URALS-ın qiyməti maksimum 69,36, minimum isə 66,29 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

1-5 dekabr həftəsində “Brent Dated” növünün orta qiyməti 69,77 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftəkindən 5,58 dollar/barel azdır.

Ötən həftə “Brent”in maksimum qiyməti 71,18 dollar, minimum isə 67,97 dollar/barel təşkil edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam