Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya “Cənub axını” qaz borusunun tikintisindən imtina edir

 

"Xeberinfo.com": “APA-Economics” “İnterfaks” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin bildirib.

 
Rusiya prezidentinin sözlərinə görə, layihənin reallaşdırılması üçün Bolqarıstan hökuməti əngəl törədir. “Bolqarıstan suveren dövlət kimi hərəkət etmək iqtidarında deyil. Əgər Avropa İttifaqı layihənin reallaşdırılmasını istəmirsə, deməli layihə reallaşdırılmayacaq. Rusiya bu layihə yüzlərlə milyon dollar sərmayə yatırıb, sonra isə Bolqarıstan sərhədində dayana bilməz. Avropa Komissiyasının hərəkətləri qeyri-konstruktivdir”, - deyə V. Putin qeyd edib.
 
Rusiya prezidenti Bolqarıstan hökumətinə Avropa Komissiyasından təzminat almağı da təklif edib: “Bilirsiniz ki, layihə reallaşacağı təqdirdə Bolqarıstanın dövlət büdcəsinə yalnız tranzitdən ildə 400 milyon avro gələcəkdi. Deməli, Bolqarıstan Avropa Komissiyasından dövlət büdcəsinə çatmayan pula vəsaitə görə təzminat almalıdır”.
 
Layihənin dayandırılması artıq “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller də təsdiqləyib: “Layihə artıq aktual deyil. Mövzu qapanıb”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam