Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

FİFA-nın üç məmuru istintaqa cəlb olundu

 

FİFA-nın üç məmuru futbol üzrə 2018 və 2022-ci il dünya çempionatlarına ev sahiblərinin seçilməsi üzrə işlə əlaqədar istintaqa cəlb olunub.

 "Xeberinfo.com": AzərTAc The Daily Telegraph qəzetinə istinadla xəbər verir ki, ispaniyalı Anhel Mariya Vilyar Liona, belçikalı Mişel d’Oge və Tailand nümayəndəsi Voravi Makudi FİFA-nın etika kodeksini pozmaqda ittiham edilirlər.

Qəzetin məlumatına görə, istintaqa cəlb edilənlər arasında onlardan başqa FİFA icraiyyə komitəsinin keçmiş üzvü alman Frans Bekkenbauer və təşkilatın texniki komissiyanın sabiq başçısı çilili Harold Meyn-Nikolls da var.

Qeyd edək ki, 2010-cu ildə FİFA-nın icraiyyə komitəsi tərəfindən keçirilmiş səsvermənin nəticələrinə görə 2018 və 2022-ci il dünya çempionatlarına müvafiq olaraq Rusiya və Qətər ev sahibliyi edəcək. O vaxtdan bəri bu seçimin ədaləti tez-tez şübhə altına alınır.

FİFA bu ilin noyabr ayında etika üzrə hüquq şöbəsinin səsvermədə hər hansı hüquq pozuntusunun qeydə alınmadığına dair hesabatını dərc etsə də, mövzu ətrafında müzakirələr səngimək bilmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam