Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İki nazir istefa verdi21 nəfərin ölümünə görə

 

21 nəfərin ölümünə görə iki nazir istefa verdi
İordaniyanın Ölü dəniz rayonunda baş verən daşqınlar nəticəsində əksəriyyəti 14 yaşınadək şagirdlərin olduğu 21 nəfərin ölümünə görə ölkənin təhsil və turuzm nazirləri istefa veriblər.
 Yenixeber.org: Faciə ilə bağlı araşdırma aparmaq üçün İordaniya parlamentində yaradılan komitə bəzi nazirliklər tərəfindən səhlənkarlığa yol verildiyini üzə çıxarıb. Bu da öz növbəsində oxşar fövqəladə vəziyyətlərdə hökumət qurumlarının hazırlıq səviyyəsini sual altına qoyub.

Bununla əlaqədar olaraq, İordaniyanın təhsil naziri Əzmi Mahafza və turizm naziri Lina Ənnəb ərizə yazaraq vəzifələrindən istefa veriblər.

Xatırladaq ki, ötən həftə Ölü dənizin sahili ilə içərisində 37 şagird və 7 müəllimin olduğu məktəb ekskursiyasına çıxan avtobusu sel aparıb. Nəticədə avtobusdakı 21 nəfər həlak olub. Rəsmi məlumata görə, əvvəlcədən təsdiq olunan marşruta baxmayaraq, ekskursiya təşkilatçıları yolu dəyişib və bununla da avtobus təbii fəlakətin ağuşuna düşüb. İordaniya kralı Abdulla hadisəni böyük faciə adlandıraraq müstəqil araşdırma komitəsinin yaradılmasına göstəriş verib. faciə ilə əlaqədar ölkədə matəm elan olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam