Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Barak Obama: “Heç vaxt “heç vaxt” deməyəcəyəm”

 

“İraqda 1500 ABŞ əsgərinin yerləşdirilməsi İslam Dövləti silahlılarına qarşı mübarizənin yeni mərhələsidir.“ 

"Xeberinfo.com":Bunu ABŞ prezidenti Barak Obama ABŞ-ın CBS telekanalına müsahibə verərkən deyib.

Onun sözlərinə görə, İraqa yeni göndərilmiş hərbçilər bilavasitə döyüşlərə qatılmayacaq, yalnız İD-ə qarşı həmlələrə kömək edəcək.

İraq rəsmiləri bildirib ki, ordu qüvvələri ölkənin ən böyük neftayırma müəssisəninin yerləşdiyi Baiji şəhərinin yarısı üzərində nəzarəti yenidən ələ keçirib. 

İslam Dövləti döyüşçüləri şəhərə iyun ayında daxil olsalar da, neftayırma zavodunu zəbt edə bilməmişdilər.

"Birinci mərhələ mötəbər və bütün qüvvələri əhatə edən İraq hökumətini yaratmaq idi. Biz buna nail olduq. İndi İraqın quru qüvvələri İD-i geri oturtmalıdır”, - deyə Barak Obama vurğulayıb.

“İraqa əlavə qoşun hissələri göndəriləcəkmi”” sualına Barak Obama "Baş komandan olaraq mən heç vaxt “heç vaxt” deməyəcəyəm” cavabını verib.

Qeyd edək ki, 1500 ABŞ əsgəri İraqa bu ölkənin xahişilə göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam