Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Günün xəbəri

İŞİD Moskvada

 

Rusiyanın Moskva vilayətində bir ilə yaxındır şose yollarda gecələr tələ qurub sürücüləri və onların sərnişinlərini heç bir səbəb olmadan güllələyən qorxulu quldur dəstəsi nəhayət ki, ələ keçib.

"Xeberinfo.com"Virtualaz.org saytı xəbər verir ki, bir ilə yaxındır sürücüləri qorxu və dəhşət içində saxlayan seriya qatillərin yaxalanması zamanı atışma olub, qruplaşma rəhbərlərindən biri öldürülüb.
“LifeNews” kanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, xüsusi əməliyyat noyabrın 6-na keçən gecə Moskva ətrafındakı Ramensk rayonunda keçirilib.
Əməliyyat zamanı Udelnaya qəsəbəsində quldur dəstəsinin gizləndiyi şəxsi ev darmadağın edilib. Banda üzvlərindən biri xüsusi təyinatlı SOBR dəstəsinin döyüşçülərinə tərəf qumbara atıb, xüsusi təyinatlılar cavab atəşi ilə onu öldürüb.
Atışma zamanı evdə yanğın başlayıb və kottec tipli ev yanıb. Evin qalıqları arasında gizli silah anbarı aşkarlanıb, orada 60-dan çox avtomat silah, minlərlə patron olduğu bildirilir.
Eyni vaxtda Moskvanın Dmitrovsk şosesində xüsusi təyinatlılar banda üzvlərinin qalan hissəsini yaxalamaq üçün əməliyyat keçirib. Bu əməliyyatda 14 nəfər saxlanılıb. Onlardan iki “AKS” avtomatı və 100-dən çox patron götürülüb. Məlumatda deyilir ki, banda üzvlərindən ikisi qadındır.
“LifeNews” kanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Moskva ətrafındakı şose yollarda gecə saatlarında pusqu quraraq azı 14 nəfəri öldürmüş bandanın üzvlərindən 10 nəfərin adını açıqlayıb.

Həmin siyahıdan məlum olur ki, onların hamısı özbək və taciklərdir. Həmçinin Moskva ətrafındakı Ramensk rayonunda keçirilən əməliyyat zamanı xüsusi təyinatlılara qumbara atan və cavab atəşi ilə öldürülən, banda başçısı olduğu deyilən şəxsin cəsədinin fotosu da yayılıb.

Həmçinin banda üzvlərinin kirayə qaldıqları evlərdə axtarış aparılıb və həmin ünvanlardan da silah-sursat götürülüb. Ümumlikdə əməliyyatın gedişində 100-dən çox silahın ələ keçirildiyi bildirilir.

Rusiya Daxili İşlər Nazirliyi əməliyyatın keçirildiyini təsdiqləyib və əlavə məlumat verməyib. Bununla belə məlum olub ki, saxlanılan şəxslər ilkin ifadələrində tikintidə fəhlə işlədiklərini deyiblər. Hələlik banda üzvlərinin İŞİD-lə əlaqəsinin olduğu rəsmən təsdiqlənməyib.

Qeyd edək ki, yolda üzərində üçbucaqlı iti çıxıntılar olan lövhələr yerləşdirməklə maşınların təkərlərini deşən qatillər öz qurbanlarını bu yolla tələyə salırdılar. Gecə vaxtı şose yolda hərəkət edən maşınların təkərləri qəfildən deşiləndən sonra sürücülər maşını saxlayır və təkəri dəyişməyə cəhd edəndə pusqudan çıxan manyaklar onları heç nə demədən güllələyirdi.
Bu seriya qatillər barədə mətbuat ilk dəfə bu ilin avqustunda yazıb. Lakin dəstənin ötən ilin sentyabrından fəaliyyət göstərdiyi ehtimal olunur.
Mətbuat manyak dəstəsinin eyni dəsti-xətt üzrə törətdiyi bir neçə cinayət əməli haqda yazıb. Məsələn, mayın 3-də Moskva ətrafındakı Don şosesinin 84-cü kilometrliyində yük maşınının sürücüsü yolun kənarında qəza siqnalını yandıraraq dayanmış “KİA Ceed” avtomobilini görüb. Məlum olub ki, maşının yanında onun sürücüsünün – 64 yaşlı Moskva sakini Anatoli Lebedevin və arvadı, 62 yaşlı Tatyananın cəsədləri var. Hər iki şəxsin güllələndiyi məlum olub.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam