Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya Ukrayna ilə əməkdaşlığa hazırdır

 

img1667570

     Moskva Ukraynanın yeni parlamenti ilə əməkdaşlığa hazır olduğunu bəyan edib. ANS TV-nin məlumatına görə, bu ismarıc Rusiyanın Dövlət Dumasının deputatlarından gəlib.

    "Xeberinfo.com": Ukraynayla bağlı işçi qrupun toplantısında dumanın spikeri Sergey Narişkin yeni qurulan parlamentin ölümcül vətəndaş müharibəsinin dayandırılması, böhranın aradan qaldırılması, həmçinin iki ölkə arasında dialoqun bərpa olunmasına öz töhfələrini verəcəyinə ümid etdiklərini deyib.

    Rusiya Dumasının Beynəlxaq Məsələlər üzrə komitəsinin sədri Aleksey Puşkov isə yeni parlamentə o qədərdə xoş olmayan bir ismarıc göndərib. O deyib ki, əgər onlar Ukraynanın bərpasına nail olmaq istəyirlərsə, həm Rusiya həm də Avropa Birliyinə qulaq asmalıdırlar.

    Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenko isə nəhayət siyasi prosseslərdə bir mövqe tutmaq qərarına gəlib. O sədrlik etdiyi partiyanın koalisyon hökümətə qoşulmağa hazır olduğunu bəyan edib. Maraqlısı isə odur ki, Timoşenko dövlət vəzifəsi tutmaq arzusunda olmadığını dilə gətirib.

    Ukraynanın hazırkı baş naziri Arseniy Yatsenyuk isə hökümət başçısı vəzifəsində qalmaq niyətində olduğunu ifadə edib. Yatsenyuk gələcək koalisiyaya müxalifət bloku istisna olmaqla seçkilərdə iştirak etmiş bütün partiyaların daxil edilməsini vacib sayıb.

    “Mən yeni koalisiyanı “Avropalı Ukrayna” adlandırmağı təklif edirəm. Bu Maydanda toplaşan həmin insanların xatirinədir. Ukrayna ilə Avropa birliyi arasında sazişi reallaşdırmaq, Ukraynanı Avropa dövlətinə çevirmək lazımdır. İnsanlar bizdən bunu gözləyir”.

    Bir çox ekspertlər isə Yatsenyukun bu fikirlərindən rəsmi Moskvanın bir o qədərdə razı olmayacağını bildirirlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam