Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Fransa hərbi gəmilər satmaqda davam edir

 

thumbs

Ukrayna böhranına görə Fransanın qərb müttəfiqləri təzyiq göstərsə də, oktyabrın 29-da Rusiya fransız hərbi gəmilərinin noyabrın 14-də ölkəyə çatdırılacağını bildirib.

    "Xeberinfo.com": “Müqavilənin texniki icrası baxımından hər şey plana uyğun gedir. Siyasi qərara gəldikdə isə, hesab edirik ki, Fransa etibarlı əməkdaş kimi öz nüfuzunu qorumalıdır”, – Rusiya mətbuatı Rusiyanın baş nazirinin müavini Dmitri Roqozinə istinadən yazır.

    Qeyd edək ki, “Vladivostok” adlı vertolyot daşıyan ilk fransız hərbi gəmisi Sen-Nazer tərsanəsindən Rusiyaya yola düşməyə hazırdır. “Reuters” xəbər agentliyi Roqozinin “tvitter” statusuna istinadən bildirib.

    Fransa hökumətinin 50% paya sahib olduğu DCNS istehsalçı şirkəti vaxtın müəyyənləşdirildiyini inkar edib. “Şirkət gəminin ixracının hökumət tərəfindən təsdiqlənməsini gözləyir. Bu mərhələdə vaxt müəyyənləşdirilə bilməz”, – şirkətin nümayəndəsi deyib.

    Oktyabrın 29-da “AFP” xəbər agentliyi Fransanın müdafiə naziri Jan-İv Le Driana istindən yazıb ki, prezident gəminin ixracı ilə bağlı qərarı noyabrda verəcək.

    Xatırladaq ki, 2011-ci ildə Paris 1,2 milyard avro dəyərində 2 müasir hücum gəmisinin Moskvaya satılmasına razı olmuşdu. Buna baxmayaraq, Şərqi Ukrayna böhranı və martda Rusiyanın Krımı anneksasiyası ilə əlaqədar olaraq, sentyabrın 4-də Fransa prezident aparatı bildirmişdi ki, gəmilərin çatdırılması üçün şərtlər uyğun deyil. Prezident bu ay deyib ki, sifarişin çatdırılmasından əvvəl Kiyev, Moskva və Ukraynadakı rusyönümlü separatçılar arasındakı atəşkəsə tam hörmətlə yanaşmaq lazımdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam