Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İrəvanı ciddi qarşıdurmalar gözləyir –Politoloq

 

Ermənistanı qarşıda daha ciddi qarşıdurmalar gözləyir, proseslərin daha da dərinləşəcəyi istisna edilmir

Yenixeber.org: Bu sözləri açıqlamasında Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazov deyib. O bildirib ki, Paşinyanın idarəçilik sahəsində heç bir təcrübəsi yoxdur:
“Paşinyanın parlamentdə hazırladığı proqramın təsdiq olunması zamanı çıxışından da görmək olur ki, bu insan populist, real idarəçilik təcrübəsinə malik olmayan, məsələlərə inqilabi əhval-ruhiyyə prizmasından baxan bir siyasətçidir. Paşinyan yaxşı məqalələr yaza, mitinqlərin aparıcısı kimi məşhurlaşa və öz populist çıxışlarını elə mitinq meydanlarında davam etdirə bilərdi. Ancaq hər kəs yaxşı bilir ki, mitinqləri idarə etməklə dövləti idarə etmək eyni məsələ deyil. Bu mənada Paşinyanın son dövrdə atdığı addımlar, bəzi kadr təyinatları hətta onu dəstəkləyən insanlar arasında çaşqınlıq yaradıb. Artıq onun təyin etdiyi nazirlərdən istefa verənlər də var”.
E.Namazov Paşinyanın həyata keçirdiyi siyasəti nəzərə alaraq, onun hakimiyyətinin növbədənkənar seçkilərin keçirilməsinə qədər davam etməmə ehtimalının çox olduğunu vurğulayıb:
“O cümlədən siyasi terrordan istifadə edən insanları həbsdən azad etmək Paşinyanın tərəfdarları arasında birmənalı qarşılanmadı. Çünki həmin hadisələr zamanı polis alayının binasına hücum təşkil olunmuşdu və orada bir neçə polis işçisi qətlə yetirilmişdi. Bu günlərdə keçirilən məhkəmə proseslərində bu hücumları həyata keçirənlərin azadlığa buraxılması həlak olan polis işçilərinin ailə üzvləri tərəfindən də etirazla qarşılanıb. Məsələlərə inqilabi prizmadan baxıb bu cür şəxsləri öz adamları kimi azad etmək heç bir hüquq normasına sığmır.
Eyni zamanda, Paşinyana müxalifətdə olan Sərkisyan, Köçəryan, hətta üçüncü böyük fraksiyaya sahib Çarukyanın əlində milyardlarla dollar vəsait cəmləşib. Müxalifətin pulu hazırda iqtidarda olanların pulundan qat-qat çoxdur. Digər tərəfdən iqtidarda olanların təcrübəsi də çox azdır. Bu isə hakimiyyətlə bağlı ciddi hadisələrin olacağından xəbər verir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam