Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bütün sərvətini yoxsullara paylayan milyarder öldü

 

“Müsəlman milyarder” adı ilə məşhur olan Avstraliyanın ən zəngin insanlarından biri Əli Banat vəfat edib


Yenixeber.org:  Mayın 29-da dünyasını dəyişən Banat həyatının son iki ilində etdikləri ilə hamının rəğbətini qazanıb.
Sidneydə dünyaya gələn Banat dəbdəbəli həyata, “Ferrari”lərə, villalara və yaxtalara sahib olub. 2015-ci ildə həkimlər ona xərçəng xəstəliyinə yaxalandığını deyiblər. Milyarder bütün bədəninə yayılan xəstəliyi “Allahdan gələn bir hədiyyə” olaraq qiymətləndirib və bütün həyatını dəyişib. Həkimlər ona 7 ay ömrü qaldığını desələr də, Banat 2 il ölümlə mübarizə aparmağı bacardı. Bu müddət ərzində isə sərvətini xeyriyyə işlərinə sərf edib.
Milyarder bütün sərvətini sataraq qərbi Afrikada yerləşən Toqoya gedir. Bu ölkədə əhalinin 55 faizdən çoxu yoxsulluq həddindən də aşağı həyat şəraitində yaşamağa çalışır. Əli Banat burada müsəlmanlar üçün bir məktəb binası və məscid inşa etdirir. Bundan sonra isə xeyriyyə işlərini koordinasiya etmək üçün “Dünyanın hər yerindəki müsəlmanlar” adlı fond təsis edir.
“Bu xəstəlik mənə Allah tərəfindən bəxş edilmiş bir ərmağandır. Şükürlər olsun ki, Allah mənə dəyişə bilməyim üçün fürsət verdi. Mən də həyatımı insanlara xidmət yoluna həsr etməyə qərar verdim. Çünki bu qədər mal deyil, ancaq əməllərim məni xilas edə bilər”, - milyarder bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam