Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İŞİD-in Türkiyəyə yolu açılır

 

              Mürşidpinar təpəliyinin ələ keçiriləcəyi təqdirdə terrorçuların yolu açılacaq

 

       "Xeberinfo.com":  Suriyanın Türkiyə ilə sərhəd Kobani şəhərində İŞİD silahlıları ilə Peşmərgə - kürd qüvvələri arasında döyüşlər davam edir.  ANS TV-nin məlumatına görə, İŞİD terrorçuları Mürşidpınar sərhəd keçid məntəqəsini ələ keçirməyə çalışıblar. Strateji məntəqə uğrunda uzun müddətdir ki, döyüşlər gedir. Mürşidpınar təpəliyini ələ keçirəcəyi təqdirdə İŞİD-in Türkiyəyə doğru hərəkət etməsinə heç nə əngəl ola bilməz. İŞİD ona görə hücumlarının şiddətini artırıb. Döyüş zamanı Türkiyənin Şanlıurfa vilayətinə növbəti dəfə top mərmisi düşüb. Mərmi anbara tuş gəlib. İnsan itkisi olmayıb.
Döyüşlərin şiddətlənməsi ilə əlaqədar koalisiyası qüvvələri İŞİD-in bir neçə mövqeyinə aviazərbələr endirib. Kobani uğrunda artıq 32 gündür ki, döyüşlər gedir. Pentaqon Kobaninin işğalını qaçılmaz hesab edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam