Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qarabağ atları Kral At Şousunda iştirak üçün Böyük Britaniyaya aparılıb

 

 

Qarabağ atları gələn həftə keçiriləcək Vindzor Kral At Şousunun 75 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədi ilə Böyük Britaniyaya aparılıb

 

Yenixeber.org: Bildirək ki, bu, Azərbaycan Atçılıq Federasiyasının belə tədbirlərdə ilk iştirakı deyil. 2016-cı ildə azərbaycanlı çaparlar Böyük Britaniya kraliçasının 90 illik yubileyinə həsr olunmuş tədbirlərdə də hazırladıqları şou ilə çıxış ediblər. Azərbaycan atçıları bu dəfə Qarabağ atları ilə müxtəlif akrobatik tryuklar nümayiş etdirəcəklər. "Qarabağ atlarında olan 10 çapar çətin tryuklar yerinə yetirəcək. Onların çıxışı ənənəvi rəqslər ifa edəcək "Sərhədçi" rəqs ansamblının ifaları, eləcə də möhtəşəm od şousu ilə müşayiət olunacaq. Azərbaycanın "Odlar Yurdu" şousunun məşqçisi Azər Həmzəyev deyib ki, bu şouda iştirak etmək Qarabağ atlarını və ənənəvi mədəniyyəti nümayiş etdirmək baxımından böyük imkandır. Qeyd edək ki, mayın 9-dan 13-dək Vindzorda Kral At Şousunun 75 illiyinə həsr olunmuş bir sıra tədbirlər keçiriləcək.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam