Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Rotterdamda Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən “Səssiz yürüyüş” aksiyası keçirilib- FOTO - VİDEO

 

 

Martın 25-də Niderlandın Rotterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) ve Beniluks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən “Səssiz yürüyüş” aksiyası keçirilib

 

Yenixeber.org: Bu barədə AAK-dan məlumat verilib. 

Məlumatda bildirilib ki, bu il erməni terrorçuları tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımın 100 illiyi dünyanın müxtəlif ölkələrində olduğu kimi, Benilüks ölkələrində də silsilə tədbirlərlə qeyd edilir. Rotterdam şəhərində keçirilən aksiyaya Niderland Krallığında fəaliyyət göstərən digər türk, Latviya, Litva, Estoniya, İraq türkmənlərinin diaspor təşkilatları da yaxından dəstək verib. Aksiya istirakçıları təkcə erməni terrorçularına yox, eyni zamanda onlara dəstək verən bəzi Avropa dövlətlərinə də etirazlarını bildiriblər.

BAK-ın birinci vitse-prezidenti, Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin sədri Elsevər Məmmədov bildirib ki, indi Avropada güclü Azərbaycan diasporu mövcüddur: "Azərbaycanlılar Avropanın istənilən ölkəsində öz gücünü göstərməyə qadirdilər". 

Aksiya iştirakçıları eyni zamanda Niderland Parlamentinin alt palatasında, sözdə “erməni soyqırımını” qəbul etdikləri sənədə görə öz qəti etirazlarını bildirərək bundan sonra da hər zaman Türkiyənin yanında olacaqlarını bildiriblər.

Qeyd edək ki, AAK və BAK  Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi, Niderlandda və Belçikada fəaliyyət göstərən Azərbaycanın diplomatik korpusları ilə birgə fəalliyət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam