Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyədə iğtişaşlar başladı

 

Qaziantepdə etirazçılarlar polis arasında toqquşma olub
Türkiyənin Qaziantep şəhərində icazəsiz aksiya polislə toqquşmaya çevrilib. 
"Xeberinfo.com": Axşam saatlarında Şahinbəy rayonunda toplaşan bir qrup icazəsiz aksiya keçirməyə cəhd edib. Zibil qutularını aşıraraq yandıran etirazçılar hadisə yerinə gələn polis avtomobillərini də daşa basıb. 
Hadisə yerinə xeyli sayda xüsusi-təyinatlı cəlb edilib. Polis aksiya iştirakçılarını gözyaşardıcı qazla uzaqlaşdırmağa çalışıb. Üzü maskalı bir neçə nəfər polisə Molotoff kokteyli atıb. 
Polisin gözyaşardıcı qaz və qaz bombaları ilə kütləni dağıtması bir neçə saat çəkib.
Lift qəzası nəticəsində 10 fəhlənin ölümündən sonra İstanbulda da etiraz aksiyası keçirib. Əllərində plakatlar tutan etirazçılar qəzanın baş verdiyi əraziyə yürüş edib, tərəflər arasında gərginlik yaşanıb. Polis su şırnaqları, gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. 
İstanbulun valisi Hüseyn Avni Mutlu insidentlə bağlı istintaqın başlanıldığını və 8 nəfərin saxlanıldığını bildirib. Etirazçılardan biri baş vermiş qəzaya görə tikintini aparan şirkətin rəhbərliyini təqsirkar bilib. 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam