Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İranın yeni seçilən prezidenti xalqa müraciət etdi

 

İranın yeni seçilmiş prezidenti Həsən Ruhani televiziya vasitəsi ilə xalqa müraciət edib. 

Yenixeber.org:   H.Ruhani müraciətində xalqın etimadını doğrultmaq üçün səylərini əsirgəməyəcəyini vəd edib.

“Sizin  41 milyondan çox verdiyiniz səs İran üçün inkişaf və tərəqqi yolunu açdı. Siz dünən bizi keçmişə qaytarmaq və dayandırmaq istəyən bütün şəxslərə “yox” dediniz və zamanı qabağa çəkdiniz”, - deyə H.Ruhani qeyd edib.

İran prezidenti İran xalqının seçkilərdə gələcək yolunu seçdiyini bildirərək, hamını xalqın istəyi və qərarına  hörmətlə yanaşmağa  çağırıb: “İran xalqının hər bir fərdinə, hətta mənə və siyasətimə müxalif olan şəxslərin yardımına belə ehtiyacım var. Mən öz yardım və dostluq əlimi səmimi olaraq İran xalqına, bütün partiyalara, cinahlara və xalqın müxtəlif təbəqələrinə uzadıram. Mən demokratiya və qanunun aliliyini əsas tutaraq,  müxaliflərimə və onların hökuməti tənqid etmə hüquqlarına hörmətlə yanaşıram”.

H.Ruhani əlavə edib ki, İran xalqı dünya ictimaiyyəti ilə sülh və dostluq şəraitində yaşamaq istəyir. “Lakin eyni zamanda, heç bir təhqir və hədəni də qəbul etmir. Bu İran xalqının mesajıdır və bütün dövlətlər, qonşular və xüsusi ilə böyük güclərin bunu düzgün anlamasını istəyirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam