Prezidentin təyyarəsi hazır oldu
Türkiyə prezidenti R.T.Ərdoğan üçün 2 il yarım əvvəl sifariş olunan və ABŞ-dakı modifikasiya işləri tamamlanan “Airbus (Eəbas) 330-200” tipli təyyarə İstanbula gəlib.
"Xeberinfo.com":Məlumata görə, Baş nazir üçün alınan təyyarəyə Fateh Sultan Məhmətə hörmət əlaməti olaraq “Fateh” adı veriləcək.
2 motorlu “A330” tipli təyyarə yanacaq istifadə etmədən 11 min kilometr havada qala bilir. Belə desək, Türkiyədən Amerikaya dayanmadan uça bilir. Baş nazir Ərdoğan üçün Türkiyəyə gətirilən və “Prezidentlərin seçdiyi təyyarə” kimi tanınan “Airbus A330” gələn aydan istifadə ediləcək.
2 il yarım bundan əvvəl sifariş edilmişdi
Baş nazirlik üçün əsas təyyarə yetərli hesab olunmadığı üçün 2 il yarım bundan əvvəl bu reaktiv təyyarə sifariş edilib. Baş nazirin istifadəsinə veriləcək təyyarənin baxımını Türk Hava Yolları həyata keçirəcək.
Təyyarənin iç dizaynı Ərdoğanın təklifi və arzuları əsasında xüsusi olaraq hazırlanıb. Təyyarədə geniş “qonaq otağı”nın yanında Baş nazir üçün iş və yataq otağı da var.
Təyyarədə raket əleyhinə müdafiə qurğusu
“Airbus A330”ların VİP növləri ən çox 50 kreslolu olaraq istehsal olunur. Ancaq Ərdoğan üçün alınan bu təyyarə qələbəlik heyətləri nəzərə alaraq 90 nəfərlik hazırlanıb. Kabelsiz internet şəbəkəsi olan təyyarə eyni zamanda müdafiə sisteminə də sahibdir. Hər hansı hücuma qarşı təyyarəyə raket əleyhinə müdafiə qurğusu quraşdırılıb.
Satış qiyməti 200 milyon dollar olan bu təyyarələrin VİP dizaynı ilə birlikdə qiyməti 300 milyon dollara qədər çıxır. THY-nin “Airbus” ilə olan xüsusi müqaviləsinə əsasən və vergidən azad olması ilə əlaqədar olaraq bu xərcin Türkiyə üçün 120 milyon dollar olacağı deyilir.