Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türklərin Anadolu tarixini dəyişəcək tapıntı- Foto

Türklərin Anadolu tarixini dəyişəcək tapıntı

 

 

Anadoluda eramızdan əvvələ aid türk izləri daşıyan qayaüstü təsvirlər və kurqan tipli məzarlar aşkar edilib

 

Yenixeber.org: Bu barədə Atatürk Universitetinin tarixçi professoru Alparslan Ceylan məlumat verib.

Məlumata görə, tapıntılar Qarsdakı dağlardan birində aşkar edilib. Professor tapıntıların təhlükəsizliyinin tam təmin edilmədən yerlərinin açıqlanmayacağını bildirib. Qayaüstü təsvirlərin eramızdan əvvəl 3000-2000-ci illərə aid edildiyi qeyd olunub.

“Kurqanlar üçün Mədəniyyət Nazirliyindən qazıntı icazəsi alınacaq. Qayaüstü təsvirlər digər Orta Asiya və Qafqazdakı çağdaşları ilə qarşılaşdırılacaq. Mədəniyyət Nazirliyinin icazəsi ilə 10 il ərzində Şərqi Anadoluda araşdırmalar apardım. Monqolustan, Qazaxıstan, Qırğısıztan, Türkmənistan, İran və Azərbaycanda hər il tədqiqatlar aparıram. Əslində bir pazlın parçalarını tapıb birləşdiririk. Hər il yeni parçalar tapırıq. Anadoluda türk izlərini məhv etmək istəyənlər var. Boyunlarına fotoaparat asıb, özünü araşdırmaçı kimi qələmə verənlər yerlərini müəyyən etdikdən sonra gecə həmin tapıntıları məhv edir”, - Ceylan deyib.

Qeyd edək ki, Qərb mənbələri türklərin Anadoluya gəlişini 1071-ci ildə baş vermiş Malazgird döyüşü olaraq göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam