Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qazaxıstanda işləyən azərbaycanlılar həbs olundular

Qazaxıstanda işləyən azərbaycanlılar həbs olundular

 

 

Qazaxıstanın Qaraqiyan rayonuun Kurık qəsəbəsində, müəssisələrin birində qanunsuz işləyən 79 Azərbaycan vətəndaşı saxlanılıb

 

Yenixeber.org: Saxlanılanların bir hissəsi cərimələnib, qalanları inzibati qaydada həbs edilib.

Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Qazaxıstana gedən Azərbaycan vətəndaşlarının Daxili İşlər Şöbəsində müvəqqəti yaşayış qeydiyyatına düşdüyü və Kurık qəsəbəsində “Enerqomost LTD” MMC-də işlədikləri xəbər verilir.

İstintaq nəticəsində müəyyən olunub ki, işə götürülən Azərbaycan vətəndaşlarının miqrasiya vəsiqəsində işləməyə icazə verən müvafiq qeyd  olmayıb. Onların Qazaxıstan Respublikasının miqrasiya ilə bağlı qanunvericiliyinin tələblərini pozduğu iddia olunur.

“Qaraqiyan rayon məhkəməsində işə artıq baxılıb, məhkəmənin qətnaməsinə görə, qanunu pozan 79 şəxsin hər biri Qazaxıstan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517 maddəsinin müxtəlif müddəaları üzrə təqsirli bilinib. 69 nəfər 56725 təngə məbləğində cərimə olunub. 10 xarici vətəndaş barəsində isə inzibati qaydada 3 gün müddətinə həbs və Qazaxıstandan hüdudlarından kənarlaşdırma qərarı çıxarılıb”, - deyə məhkəmədə açıqlanıb. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam