Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistanda kütləvi istefalar

 

 

  Abramyan Sarkisyanın komandasını dağıtmağı planlaşdırır

 

    Ermənistan hökumətində kütləvi istefalar gözlənilir. 
 "Xeberinfo.com": ANS PRESS-in məlumatına görə, ölkənin baş naziri Ovik Abramyanın hökumətin son iclasında sərt çıxışı, nazirləri tənqid etməsi erməni mətbuatında geniş müzakirəyə çıxarılıb.
Bildirilir ki, hökumətin iclasından iki gün əvvəl Abramyan bir neçə naziri qəbul edib və onlara Ermənistan iqtisadiyyatını gücləndirmək üçün Rusiya bazarına daxil olmağı, ixracın həcmini genişləndirməyi tapşırıb. Lakin sonradan məlum olub ki, baş nazirin tapşırığının yerinə yetirilməsi istiqamətində işlər həyata keçirilməyib.
Erməni mətbuatı yazır ki, Ovik Abramyanın hökumətin iclasında sərt çıxışı nazirlər kabinetində kadr dəyişiklliklərinin olacağına bir siqnaldır. Bəzi məlumatlara görə, Abramyan sələfi Tiqran Sarkisyanın komandasının üzvlərini hökumətdən təmizləmək istəyir. Ermənistan mətbuatı bir neçə nazirin vəzifədən gedəcəyini proqnozlaşdırır. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam