Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Baş nazir istefaya göndərilir

 

Moskva İrəvanı cəzalandırmağa başladı

Ermənistanın Baş naziri Ovik Abramyanın istefaya göndərilməsinə hazırlıq gedir.

"Xeberinfo.com": Axar.az xəbər verir ki, bu informasiyanı Rusiya mətbuatı özünün etibarlı mənbələrinə istinadən yayıb. Mənbə Abramyanın istefaya göndərilməsinin Moskva ilə əlaqədar olduğunu bildirib. O, Baş nazirin ölkənin daxili siyasətində və Avrasiya İttifaqına inteqrasiya məsələlərində heç bir uğura yiyələnmədiyinə görə istefaya göndəriləcəyini deyib. Bununla bərabər, Putin hakimiyyətinin Ovik Abramyandan Avropa İttifaqı ilə iqtisadi münasibətlər çərçivəsində yeni layihələr üzərində çalışdığına görə acıqlı olduğu söylənilib. Qarabağ məsələsində ABŞ-ın aktivliyinin artırılmasında da Abramyanın buraxdığı səhvlər Moskvanın onun üstündən xətt çəkməsinə səbəb olub. Mənbə həmçinin hazırda onun yerinə hazırlanan yeni namizədlərə baxış keçirildiyini vurğulayıb. O, istefa baş tutarsa, Abramyanın yerinə gətiriləcək şəxsin adının kifayət qədər sensasiyaya səbəb olacağını deyib.

Qeyd edək ki, Ovik Abramyan Baş nazir postunda Tiqran Sərkisyanı əvəz etmişdi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam