Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiyanın Ermənistana verdiyi hərbi texnika və silahlar

\

 

Məlum olduğu kimi, hazırda Rusiyanın Gümrüdə 102-ci hərbi bazası fəaliyyət göstərir.

 

"Xeberinfo.com": Ermənistanın Gümrü şəhərində yerləşən bu hərbi baza Rusiyanın cənub cinahına nəzarət üçün hərbi platsdarmdır. Bura toplanan S-300 zenit-raket kompleksləri, “MIQ-29” təyyarələri Türkiyə və Qərbdən gələn təhlükələrin qarşısında ilk sipər kimi nəzərdə tutulub. Ermənistanı böyük silah-sursat anbarına çevirən Rusiya prezident Vladimir Putinin rəhbərliyi altında Şimali Qafqazda 70 mindən artıq qüvvəni ehtiyat olaraq  saxlanılır.  

 

Rusiya və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olduğu üçün 1995-ci ildən bəri KTMT şərti düşmən əleyhinə mütəmadi təlimlər keçirir. Bu hərbi baza KTMT-nin Ermənistandakı “hərbi ofisi” rolunu oynayır. Xatırladaq ki, 102-ci hərbi baza Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1 sentyabr 1994-cü il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb.

 

 102-ci hərbi bazanın rəisi isə Andrey Ruzinskindir. Bu şəxs zaman-zaman Azərbaycanı hədələyən bəyanatları ilə də yadda qalıb.

 

Publika.az-ın apardığı araşdırma zamanı məlum olub ki, hazırda bu hərbi bazada şəxsi heyətin sayı 3300 nəfər təşkil edir. Hərbi baza İrəvan və Gümrü qarnizonundan ibarətdir.

 

Publika.az Türkiyənin hərbi mənbələrinə istinadən Ermənistandakı Rusiya hərbi bazasında mövcud olan silahların və hərbi texnikanın siyahısını ilk dəfə olaraq oxuculara təqdim edir:

 

 Döyüş vəziyyətinə gətirilmiş hərbi tanklar – 80 ədəd

 

Zirehli hərbi texnikalar (BMD-1, BMP-1, BMP-2, BRDM-2, BTR-80, BRDM-2) – 160 ədəd

 Piyadalar üçün nəzərdə tutulmuş zirehli hərbi avtomobillər – 75 ədəd

2А19 (Т-12) tipli artilleriya silahları – 85 ədəd

 "9k51 Grad" tipli hərbi texnika və silahları – 30 ədəd

 “2S3 Akatsiya” tipli özüyeriyən artilleriya qurğusu – 30 ədəd

 “D-30” tipli toplar – 60 ədəd

 “2S1 Gvozdika” döyüş texnikası – 10 ədəd

 

“SA-4 Ganef” tipli raket silahları – sayı məlum deyil

 “S-75 Dvina” tipli raket silahı – sayı məlum deyil

 “Scud-B” raket sistemi – sayı məlum deyil

 “ZSU-23-4” döyüş texnikası – sayı məlum deyil

 “9K33 Osa” döyüş texnikası – sayı məlum deyil

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam